0
Sunday 24 June 2018 - 20:18

Yəhudilər İbrahim məscidinə hücum etdilər

Story Code : 733375
Yəhudilər İbrahim məscidinə hücum etdilər
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fələstin rəhbərliyi bu hərəkətin müsəlmanları təhrik etmək üçün atıldığını bildirib və belə addımların dini çaxnaşmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
 
Fələstin hökuməti bu basqına görə işğalçı sionist İsrail rəhbərliyinin Daxili Təhlükəsizlik naziri Gilad Erdanın məsuliyyət daşıdığını bidirib. Çünki həmin basqında Erdan da iştirak edib.
 
Qeyd edək ki, yəhudilər 1994-cü ilə qədər İbrahim məscidində yerləşən Həzrət Ibrahimin məzarını ziyarət edə bilirdi. Lakin, 25 fevral 1994-cü ildə radikal sağçı yəhudi Baruç Qoldşteynin məsciddə 29 fələstinlini öldürməsi, 125-ini isə yaralamasından sonra İsrail məscidi iki yerə bölmüşdü. Həmin ildən sonra məscidin 45 faizi müsəlmanlara, 55 faizi isə yəhudilərə ayrılmışdı.
Source : Maide
Tagged
fələstin
Comment