0
Monday 25 June 2018 - 16:13

Suriyada ASO-nun böyük dəstəsi hökumətin tərəfinə keçdi

Story Code : 733533
Suriyada ASO-nun böyük dəstəsi hökumətin tərəfinə keçdi
Suriyada ASO-nun böyük dəstəsi hökumətin tərəfinə keçdi
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriyadakı düşmən tərəflərin barışıdırılması üzrə Rusiya Mərkəzi bildirir ki, Cənub deeskalasiya zonasında “Azad Suriya Ordusu” (ASO) döyüşçülərindən ibarət ilk böyük dəstə hökumətin tərəfinə keçib.
Aparılmış danışıqların nəticəsində dəstə başçısı Vəcdi əbu-Sləs bildirib ki, “nəzarətimiz altında olan Deyr-Dəma, əş-Şiyax və Cəddəl şəhərinin bir hissəsi bu gündən (22.06.2018) etibarən qanuni hökumətin nəzarəti altına keçir”.
O həmçinin qeyd edib ki, onun dəstəsi Suriya ordusu ilə birlikdə “Nusra Cəbhəsi” və İŞİD terrorçularına qarşı döyüşəcək.
Rusiya Mərkəzindən bəyan ediblər ki, artıq Suriya ordusunu ilk dəstələri yuxarıda adıçəkilən yaşayış məntəqəsinə daxil olub.
 
Sülhün əldə edilməsinə nə mane olur?
Hərbi ekspert Vladimir Kozin qeyd edib ki, terror təşkilatları “mülayim” müxalifəti öz aralarında dalaşdırır və ona ordu qüvvələri ilə sülh bağlamağa mane olur.
O deyib ki, 4 qeyri-qanuni silahlı qruplaşma arasında deeskalasiya zonasının daxilində təsir sahələrinin hüdudları üstündə hər zaman döyüşlər gedir. Üstəlik 2 qruplaşma - “Nusra Cəbhəsi” və İŞİD - danışıqlar üçün yararsızdır. Mütəxəssisin sözlərinə görə, onlar ümumilikdə deeskalasiya zonasının ərazisinin 45-50 faizinə nəzarət edirlər.
Kozinin fikrincə buradakı “Əhrər əş-Şam” qruplaşması müəyyən şərtlər daxilində Suriya ordusuna qoşula bilər. Onun sözlərinə görə, adıçəkilən terror qruplaşması zona ərazisinin 10 faizinə nəzarət edir.
 
Source : Islamazeri
Tagged
aso Suriya
Comment