0
Monday 25 June 2018 - 19:29

Fransa prezidenti: Avropa siyasi böhran içərisindədir!

Story Code : 733612
Fransa prezidenti: Avropa siyasi böhran içərisindədir!
Fransa prezidenti: Avropa siyasi böhran içərisindədir!

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən,  Fransa prezidenti Emmanuel Makron bildirib ki, təkrar miqrasiya probleminə görə Avropa siyasi böhran keçirir, problemin həll edilməsinin açarı ortaq qərarların hazırlanmasında gizlənib.
Onun (problemin) həlli üçün aydın ideyalar lazımdır. Bizim Avropa İttifaqında (Aİ) dəyərlərimiz var və hər dəfə biz bu dəyərlərə xəyənat edərkən, biz ən pis işi görmüş oluruq. Dəyərlər, yəni insan haqlarına hörmət, digər dövlətlərə hörmət və bizi möhkəmlədən həmrəylikdir.”, - deyə o qeyd edib.
Makron əlavə edib ki,  optimal qərar ölkələrin əməkdaşlığı üzərində qurulacaq və bu iş məsuliyyət və həmrəylik tələb edəcək. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri bu yükü bərabər şəkildə bölməli olacaqlar.
Fransa bu məsələdə heç kəsin nəsihətlərinə ehtiyac duymur. Biz cari ildə qəbul edilmiş qaçqın sayı üzrə 2-ci ölkəyik.”, - deyə o vurğulayıb.
Makron eyni zamanda da qeyd edib ki, Aİ öz sərhədlərini daha yaxşı qorumalıdır. “Söhbət “Frontex”-ə əlavə sərmayələrin yatırılmasından gedir.”, - deyə o bildirib.
Frontex - xarici sərhədlərin qorunması üzrə Aİ agentliyi
 
“Qapalı mərkəzlər”
Daha öncə məlum oldu ki, Aİ-nin fövqəladə sammitində Fransa və İspaniya Avropa ərazisində miqrantların qəbulu üçün “qapalı mərkəzlərin” yaradılmasına dair plan təklif etməyi planlaşdırırlar.
Makronun özü bildirib ki, bu cür təsisatlar “hər bir ölkənin sığınacaq hüququna sahib insanları təşkilatlanmış halda qəbul etməsi üçün maliyyə bütövlüyünü, işlərin operativ gözdən keçirilməsini və Avropa birliyini dərhal təmin edəcək”.
İtaliya sərt şəkildə bu təşəbbüsə qarşı çıxıb. Belə ki, İtaliyanın Baş naziri Matteo Salvini bildirib ki, əgər Makron “bir avro bəxşiş verərək, ölkəni bütün Avropa üçün qaçqın düşərgəsinə çevirə” biləcəyini düşürsə, yanılır.
 
Source : Islamazeri
Comment