0
Monday 25 June 2018 - 19:30

Trampın sözçüsünü restorandan qovdular!

Story Code : 733613
Trampın sözçüsünü restorandan qovdular!
Trampın sözçüsünü restorandan qovdular!
Dünya mediasının gündəmində: Ağ Ev sözçüsü Sarah Sanders restorandan qovuldu! Sarah Sanders  23 iyunda  axşam Virginia əyalətindəki bir restorandan ABŞ prezidenti Donald Trampa işlədiyi üçün qovulduğunu açıqladı. Sarah Sanders  öz Twitter hesabından etdiyi paylaşmada yazır: Virginiada Red Hen restoranının sahibi  ABŞ başçısına çalışdığım üçün restoranı tərk etməyimi istədi. Amma mən bütün insanlarla əlimdən gəldiyi qədər yaxşı davranmağa çalışaram. Belə etməyə də davam edəcəyəm...
Paytaxt Vaşinqtondan təxminən 3 saat aralıda yerləşən Red Hen restoranının sahibi isə jurnalistlərin israrlı suallarını cavabsız buraxdı. Sandersin atası və sabiq senator Mike Huckabee hadisəni fanatizm adlandırıb. ABŞ başçısı Tramp hazırda mühacirləri körpələrindən ayırdığı üçün sərt tənqid edilir.

 
Source : Islamtimes
Comment