QR CodeQR Code

Yaponiyada polis məntəqəsinə hücum - 2 nəfər öldü

Deyerler , 26 Jun 2018 19:22

Islamtimes - Yaponiyada polis məntəqəsinə gözlənilməz hücum nəticəsində iki nəfər həlak olub.


Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.
 
Hadisənin Tokiodan 300 kilometr məsafədə yerləşən Toyoma şəhərində baş verdiyi bildirilir. Polis məntəqəsinə hücum edən naməlum şəxs buradakı polis əməkdaşını bıçaqla yaralayaraq onun tapançasını götürüb. Sonra küçəyə qaçaraq, yaxınlıqdakı məktəbin mühafizəçisinə və yoldan keçən bir nəfərə atəş açıb.
 
Y.Suqa deyib: “Bu gün saat 14 radələrindən sonra Toyama şəhərində polisin tapançasının əlindən alınması nəticəsində polis əməkdaşı və mühafizəçi yaralanıb. Hadisə nəticəsində iki nəfər həlak olub”.
 
Baş katibin sözlərinə görə, hadisəni törədən şəxs saxlanılsa da, onun baş verməsi səbəbləri hələlik məlum deyil.
 
Kyodo agentliyinin yaydığı məlumatda hadisəni törədən şəxsin digər polis əməkdaşı tərəfindən yaralandığı bildirilir.
 


Story Code: 733819

News Link :
https://www.islamtimes.org/az/news/733819/yaponiyada-polis-məntəqəsinə-hücum-2-nəfər-öldü

Islam Times
  https://www.islamtimes.org