0
Friday 29 June 2018 - 06:27

Bircə məktubla İmam Əli (ə) Müaviyyənin (lən) bütün durumunu ifşa etdi

Story Code : 734384
Bircə məktubla İmam Əli (ə) Müaviyyənin (lən) bütün durumunu ifşa etdi
Dinimizin nəzərinə görə təmtəraqdan uzaq olmaq və sadə yaşamaq – dövlət xadimlərinin əsil hədəfi olmalıdır. Çünki əgər təmtəraq içərisində yaşasalar, heç bir zaman zəif təbəqənin halından xəbərdar ola bilməyəcək və onların çəkdiyi əziyyəti hiss edə bilməyəcəklər.
 
İmam Əli (ə) həyatı boyu bu hədəfə doğru getmiş və onu yerinə yetirmişdir. Lakin onu yerinə yetirməyənləri nəhy-əz-munkər etmək üçün əlindən gələni etmiş və bu dini vəzifəsini bəzən məktub, bəzən əmr və göstəriş, bəzən də dost tövsiyəsi kimi bəyan etmişdir.
 
İmam Əli (ə) dəfələrlə Müaviyyənin (lən) səhvlərini ona bildirmiş və onu doğru yola hidayət etməyə çalışmışdır.
 
İmamın (ə) Müaviyyəyə (lən) yazdığı məktubların biri ilə tanış olaq. Əslində bu sözlər Müaviyyəyə ünvanlansa da, təmtəraq və dünya zinəti ardınca olan hər bir kəsə aid edilir. (Tebyan)
 
İmam (ə) məktubda buyurur: “O zaman ki, dünyanın pərdələri önündən kənara çəkiləcəkdir, həmin anda nə edəcəksən?
 
O dünya ki, zinətləri ilə şad olmusan, ləzzətlərinə aldanmısan, dəvətini qəbul etmisən, səni özünə çəkmiş və sən də ardınca getmisən, sənə əmr vermiş və sən də yerinə yetirmisən – heç bir qalxan sənə ondan nicat verə bilməz. Ona görə də bu işdən əl çək. Özünü hesab vermək üçün hazırla.
 
O şey ki, sənin üçün gələcəkdir (ölüm), (onunla bağlı) yolunu azmışların sözünə qulaq vermə. Əgər belə etməsən, səni qəflətinin (cəzasından) agah edəcəyəm.
 
Həqiqətən, xoş güzəran olmusan və şeytan sənə yol tapmışdır. Arzusuna çatmışdır. Həqiqətən (onun) ruhu və qanı sənin bədənində axmaqdadır”.
 
Source : Deyerler
Comment