0
Tuesday 3 July 2018 - 15:21

İraq Suriya ilə sərhəddə divar tikir

Story Code : 735422
İraq Suriya ilə sərhəddə divar tikir
İraq Suriya ilə sərhəddə divar tikir
İslamazeri.com-un AFP-yə istinadən verdiyi xəbərə əsasən, İraq Suriya ilə sərhəd boyu “təhlükəsizlik divarının” inşasına başlayıb. Bildirilir ki, bu addım İŞİD terrorçularının Suriyadan İraq ərazisinə keçməsinin qarşısının alınması üçün atılır.
İraqın sərhəd qoşunlarının rəsmisi Ənvər Həmid Nayef bildirib ki, həmin divar müşahidə qüllələri, termal ötürücülər və sərhəd bölgəsində hərəkəti izləyəcək digər cihazlar ilə təchiz ediləcək.
Hasarın uzunluğu 20 km olacaq. O, əl-Qaim şəhərindən şimala doğru uzanacaq.
Qeyd edək ki, İraq-Suriya sərhədinin ümumi uzunluğu təxminən 600 km-dir.
 
Source : Islamazeri
Tagged
iraq
Comment