QR CodeQR Code

İsrail dinc fələstinliləri öldürməyi davam etdirir

146 nəfər müxtəlif dərəcəli xəsarət alıb

Maide , 7 Jul 2018 19:45

İslamtimes - İşğalçı İsrail rejim əsgərlərinin Qəzza zolağında keçirilən dinc aksiyalara güc tətbiq etməsi davam edir


Maide.Az “AA”a istinadən xəbər verir ki,  Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf  əl-Kidra bildirirb ki, ötən gün (cümə günü)  “Böyük qayıdış” çərçivəsində təşkil edilən dinc aksiyada iştirak edən  22 yaşlı Məhəmməd Camal Əbu Halima şəhid edilib. 
 
Onun sözlərinə görə,  hadisə Qəzzanın şərqində  As-Sadr ərazində baş verib. 
 
Dinc aksiyalar zamanı işğalçı rejim fələstinlilərə qarşı  həqiqi güllə və gözyaşardıcı qazdan istifadə edib. 
 
Ə.əl-Kidra bildirib ki, ötən günki  aksiyalarda 146 nəfər müxtəlif dərəcəli xəsarət alıb.  Onlardan 24 nəfər odlu silahla yaralanıb. 
 
Qeyd edək ki, martın 30-dan başlayan Böyük qayıdış yürüşündə sionist İsrail rejimi qüvvələrinin dinc və müdafiəsiz xalqa atəş açması nəticəsində, indiyə qədər 142 fələstinli şəhid olub, 15 mindən çox insan yaralanıb.


Story Code: 736334

News Link :
https://www.islamtimes.org/az/news/736334/israil-dinc-fələstinliləri-öldürməyi-davam-etdirir

Islam Times
  https://www.islamtimes.org