QR CodeQR Code

BMT: “Hudeyda razılaşması Ənsarullahla bağlanmalıdır!”

Deyerler , 7 Jul 2018 20:10

Islamtimes - BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits BMT Təhlükəsizlik Şurasına səslənərək, BMT-nin Hudeyda limanının idarəsində rol alması barədə razılığa gəlindiyini açıqlayıb.


Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, Martin Qriffits Hudeydada ediləcək razılaşmanın Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya ilə BMT arasında yox, Ənsarullah hərəkatı ilə edilməli olduğunu bildirib.
 
BMT rəsmisi daha sonra belə deyib: “Hudeyda limanı ilə bağlı müqavilə Səudiyyə rejiminin hədəfi istiqamətində raket atılması razılaşması ilə bir əlaqəsi yoxdur”.
 
Bu arada,Yəmənin Ənsaqrullah hərəkatının Siyasi Şurasının üzvü Məhəmməd Əl-Buhəyti Əl-Məyadin televiziyasına verdiyi açıqlamasında, Yəmən millətini davam edən hücumlara son vermək üçün cəbhələrə getmələrini istəyib: “Yəmən böhranının həlli üçün BMT-yə bel bağlamamaq lazımdır. Böhranın yeganə həll yolu Yəmən xalqının əli ilə və bütün siyasi qrupların danışıqlar masasına qayıtması ilə mümkün olacaq. BMT-nin qərarları tərəfkeşli formadadır”.
 


Story Code: 736352

News Link :
https://www.islamtimes.org/az/news/736352/bmt-hudeyda-razılaşması-ənsarullahla-bağlanmalıdır

Islam Times
  https://www.islamtimes.org