Heydər Əl-Əbadi: “Kərkükdə səsləri oğurlayanları əsla bağışlamayacağıq!”
Deyerler , 11 Jul 2018 16:34
Islamtimes - İraqın baş naziri Heydər Əl-Əbadi Kərkükdə səslərin oğurlanmasının cinayət olduğunu və bunu edənlərin mütləq cəzalandırılacağını söyləyib.
Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, Əl-Əbadi həftəlik mətbuat konfransında, mayın 12-də keçirilən parlament seçkisinə damğa vuran hiylə və pozuntu iddialarını qiymətləndirib.
Kərkükdə səslərin oğurlanmasına səssiz qalmayacaqlarını vurğulayan baş nazir, belə danışıb: “Kərkükdə əllə sayımın nəticələri nə olursa-olsun səsləri oğurlayanları əsla bağışlamayacağıq, arxasınca gedəcəyik və cəzalandıracağıq. Seçici səslərinin oğurlanması cinayətdir”.
Heydər Əl-Əbadi İraqda İŞİD terror təşkilatına qarşı xarici hərbi müşavirlərin fəaliyyətinə davam edib etməyəcəyi barədə verilən suala isə belə cavab verib: “Xarici hərbi müşavirlərin sayı Mosul əməliyyatı vaxtı daha çox olmuşdu. İŞİD-dən sonra xarici hərbi müşavirlərin sayını azaltmağa başladıq. Qalanların böyük hissəsini isə Suriyadakı İŞİD ilə mübarizə məsələsində istifadə edirik. İŞİD-i Suriyada da məğlub etmək səyimiz və hədəfimiz məsələdir. Regiondakı terrorun məhv edilməsi üçün beynəlxalq cəmiyyətin dəstəyini almağı davam etdirmək istəyirik”.
İraqın baş naziri Kərkük-Bağdad magistral yolu üzərində 3 gün əvvəl Filippin vətəndaşı 2 nəfərin qaçırılması hadisəsinə də toxunaraq, bunun terror yox, şirkətlər arası mənfəət məqsədli planlı bir məsələ olduğunu vurğulayıb.
İraqın baş naziri Mosulun İŞİD-dən azad edilməsinin birinci ildönümündə paylaşdığı mesajında, belə qeyd eidb: “Dəstələrin (İŞİD) qalıqlarının ölkə daxili və xaricində arxasınca gedəcəyik”.
Əl-Əbadi İŞİD-dən azad edilmiş ərazilərin yenidən abadlığına da başladıqlarını qeyd edib.
Story Code: 737166