QR CodeQR Code

Yəmən Səudiyyə rejiminə ballistik raket atdı

Deyerler , 11 Jul 2018 19:22

İslamtimes - Yəmən ordusu və inqilabi xalq komitələri iyulun 10-u Səudiyyə rejiminin Cizan şəhərini ballistik raketlə vurduğunu deyib.


Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmən ordusundan verilən məlumata görə, Yəmən qoşunları Cizan şəhərini Bədr 1 ballistik raketlə hədəfə alıb. Atılan raketin hədəfini uğurla vurduğu qeyd edilib.

 
Digər tərəfdən, yəmənli qüvvələr Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Yəmənin qərb sahili düzündə yerləşən Zabid şəhərinə təşkil etdiyi hücumlarda 5 nəfərin həlak olduğunu, 8 nəfərin də yaralandığını açıqlayıb.
 


Story Code: 737197

News Link :
https://www.islamtimes.org/az/news/737197/yəmən-səudiyyə-rejiminə-ballistik-raket-atdı

Islam Times
  https://www.islamtimes.org