0
Saturday 14 July 2018 - 15:49

Fələstinlilər İsrail rejiminə cavab olaraq raket yağdırdı

Story Code : 737737
Fələstinlilər İsrail rejiminə cavab olaraq raket yağdırdı
Fələstinlilər İsrail rejiminə cavab olaraq raket yağdırdı

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, İsrail rejiminin döyüş təyyarələrinin Qəzzanın mərkəzi hissəsində yerləşən və İsa Əl-Bətran məntəqəsi kimi tanınan müqavimətə aid məntəqəyə üç raket atdığı bildirilib. Xəbərdə hücumda tələfatın olmadığı qeyd olunub.
 
Qəzzanın şimal hissəsinə də hava hücumları təşkil edib, müqavimətə aid iki məntəqəyə hücum edən israil rejiminin qüvvələri, ətrafdakı evlərin şüşələrinin sınmasına səbəb olublar.
 
Digər təyyarələr də, bu dəfə Rifah şəhərinin şimalındakı Sufa bölgəsində kənd təsərrüfatı ərazilərinə hücum edib.
 
İsrail rejiminin təyyarələrinin hücumlarından qısa bir müddət sonra müqavimət qüvvələri də, Qəzza ətrafındakı sionist məskunlaşma yerlərinə raket zərbələri endirib. İsrail rejimi Qəzzadan atılan bir çox raketinin Qəzzaya yaxın məskunlaşma yerlərinə düşdüyünü etiraf edib.
 
Mənbələr, müqavimət qüvvələrinin raket hücumlarına görə bütün məskunlaşma yerlərindən həyəcan siqnalının çalındığını bildirib.
 
Fələstinin HƏMAS hərəkatının sözçüsü Fəvzi Burhum İsrail rejiminin qüvvələrinin Qəzza sərhədində həyata keçirdiyi hücumlara müqavimətin vaxtında cavab verməsinin, müqavimətin müharibəyə rəhbərlik və idarəetmə baxımından şüurlu davranışa malik olduğunu göstərdiyini deyib.
 
Burhum açıqlamasında müqavimətin düşmənə yaxşı mesaj verdiyini, balansları qoruduğunu və lazım tədbirləri yaratdığını, ardıcıl şəkildə cavab verərək, düşmənin daha çox aqressivliyinin qarşısını aldığını deyib.
 
 
HƏMAS-ın sözçüsü Fələstin xalqının təhlükəsizliyi və müdafiəsinin milli bir tələb və strateji bir seçim olduğunu xatırladıb.
 
Source : Deyerler
Tagged
fələstin
Comment