QR CodeQR Code

İraqda polislə etirazçılar arasında toqquşmalar baş verib, ölən və yaralananlar var

apa , 14 Jul 2018 18:36

İslamtimes - İraqın Maysan əyalətində polislə etirazçılar arasında toqquşmalar baş verib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 1 nəfər ölüb, onlarla etirazçı xəsarət alıb.
 
İraqın cənub bölgəsində iğtişaşlar bir həftə əvvəl başlayıb. Bəsrə şəhərində işsizlik və kommunal sahədə vəziyyətin pisləşməsinə qarşı etiraz edən nümayişçilərdən birinin ölümündən sonra bölgədə vəziyyət daha da gərginləşib. Nümayişçilər hökumətdən elektrik enerjisi və su təchizatında baş verən kəsilmələrə son qoymağı tələb edirlər. Hazırda etirazlar İraqın digər cənub əyalətlərinə keçib.


Story Code: 737775

News Link :
https://www.islamtimes.org/az/news/737775/iraqda-polislə-etirazçılar-arasında-toqquşmalar-baş-verib-ölən-və-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org