QR CodeQR Code

ABŞ koalisiyası Suriyada yenə dinc sakinləri bombaladı

Deyerler , 17 Jul 2018 17:36

Islamtimes - ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr Əz-Zor əyalətinin Əlbu Kamal şəhəri ətrafındakı Suvsa qəsəbəsində dinc yaşayış evlərini bombalayıb.


Deyerler.org xəbər verir ki, yerli mənbələr SANA-ya verdikləri açıqlamalarında, ABŞ koalisiyasının döyüş təyyarələrinin iyulun 16-sı Suvsa qəsəbəsində mülki vətəndaşların evlərini bombardman etdiyini bildirib.
 
Mənbələr bombardman nəticəsində bir nəfərin həyat yoldaşı ilə birlikdə, həlak olduğunu, həmin ailənin üzvlərindən aralarında qadın və uşaqların da olduğu bir çox insanın ağır şəkildə yaralandığını bildiriblər. Bombardmanın evlərdə böyük ziyana səbəb olduğu da qeyd olunub.
 


Story Code: 738471

News Link :
https://www.islamtimes.org/az/news/738471/abş-koalisiyası-suriyada-yenə-dinc-sakinləri-bombaladı

Islam Times
  https://www.islamtimes.org