QR CodeQR Code

General Hüseyn Səlami: "İranın əməliyyatı gözləniləndən daha uğurlu oldu"

14 Apr 2024 13:13

İslamtimes - İran İslam İnqilabı Keşikçiləri Korpusunun SEPAH) komandanı general-mayor Hüseyn Səlami bildirib ki, əllərində olan məlumata görə, əməliyyat gözlənildiyindən daha uğurlu olub.


"Biz sionist rejimin Dəməşqdəki konsulluğumuza hücumuna uyğun olaraq məhdud bir əməliyyat həyata keçirdik, lakin bu, daha böyük ola bilərdi", - deyə o əlavə edib.
O, İranın israil ərazisindəki vurduğu obyektlərin Dəməşqdəki İran səfirliyinə hücumun həyata keçirildiyi obyektlər olduğuna işarə edərək qeyd edib ki, İran "İsrailin maraqlarımıza hücum etmək üçün istifadə edəcəyi" istənilən yerə hücum ediləcək!
General Səlami əlavə edib: "Hazırlanan xüsusi əməliyyat planı nəticəsində İranın onlarla PUA-ları, qanadlı və ballistik raketləri israilin havadan müdafiə sistemlərinin bütün qatlarını yararaq israil ərazilərinin dərinliklərindəki hədəfləri dəqiq vurdular".


Story Code: 1128532

News Link :
https://www.islamtimes.org/az/video/1128532/general-hüseyn-səlami-iranın-əməliyyatı-gözləniləndən-daha-uğurlu-oldu

Islam Times
  https://www.islamtimes.org