0
Monday 4 May 2009 - 10:39
20 aprel 2009 cu il Durban 2 Anti- irqçilik konfransında

DURBAN II VƏ MAHMUD ƏHMƏDINEJAD

İran Prezidenti Əhmədinejadın çıxışının tam mətni- I hissə
Story Code : 4212
DURBAN II VƏ MAHMUD ƏHMƏDINEJAD
Bağışlayan və mehriban Allahın adı ilə

Həmd və şükür, bəndələrə qarşı xeyrxah, ədalətli və mehriban Allaha məxsusdur.
Allahın salamı olsun Tanrı elçiləri Adəm (ə)dən belə Nuh, İbrahim, Musa, İsa və Mühəmmədə (s) həzrətlərinə, onlar ki, hər biri bəşəriyyəti təkallahlılıq, qardaşlıq, sevgi, insanlıq və ədalətə səsləmişlər. 

Cənab sədir!
Hörmətli Birləşmiş Millətlər Təşkilatının Baş Katibi,
Hörmətli Ali Insan Hüqüqları Komissiyası,
Xanımlar və cənablar! 

Biz, Durbanın irqçiliklə mübarizə konfransına davamında mövcud vəziyyəti araşdırmaqla bu müqəddəs və humanist mübarizə yolunda praktik çıxış yolları axtarıb tapmaq üçün buraya yığışmışıq. Son əsrlər olaylarında bəşəriyyətə qarşı çox böyük haqsızlıqlar baş vermişdir. Orta əsrlərdə alim və mütəfəkkirlər ölümə məhkum olurdular. Sonra isə günahsız insanların acınacaqlı formada öz ailələrindən ayırılıb qul kimi Amerika və Avropaya satılması geniş miqyasda yayılmışdı.
Tarixin bu qaranlıq dövrü ərazilərin işğalı, sərvətlərin talan edilməsi və köməksiz insanların öldürülməsilə müşayiət edilirdi. İllər ötdükdən sonra millətlər qiyam edərək milyonlarla insanın ölümü bahasına olsa belə işğalçıları qovub öz milli və müstəqil hökümətlərini yaratdılar.
Qüdrət ardınca olanlar az bir müddətdə Avropa- Afrika və Asiyanın bir hissəsində iki dünya müharibəsi törətdilər. Bu müharibələr nəticəsində təqribən 100 milyon nəfər həyatını itirdi və kəndlər – şəhərlər isə viran edildi.
Müharibə qalibləri özünü dünya fatehi və digər millətləri isə məğlub sandılar. Ədalətə zid qanunlar çixarmaqla millətlərin hüquqlarını nəzərə almayıb və onları ayaqlar altında qoydular.
Xanımlar və cənablar!
I və II dünya müharibələrinin törəmələrindən olan Təhlükəsizlik Şurasına diqqət yetirin.
Onlar hansı məntiqə əsaslanaraq özlərinə “veto haqqı” ixtisas vermişlər?! Bu məntiq hansı ilahi və insani dəyərlərə söykənir? Ədalətəmi; qanun qarçısında bərabər olmağamı; insaniyyətəmi yoxsa ədalətsizliyə, insan hüquqlarının tapdalanmasına və ya əksər millətlərin təhdid edilməsinə?
Bu şura dünya təhlükəsizliyi və sülhü istiqamətində ən yüksək qanunverici orqandır.
Qanunvericilikdə ayrıseçkilik mövcud olarsa, qanunun mənşəyi ədalət və haqq yerinə zor və qüdrət olarsa, onda necə ədalət və sülhün intizarında olmaq olar?
Özünə vurğun olmaq və hakim olmaq istəyi millətpərəstlik, zülm və təcavüzün mənşəyidir. Baxmayaraq ki, bu gün millətpərəstlərin bir çoxu sözdə və şüarda “millətpərəstliyin” pis olması bildirirlər, ancaq bir neçə qüdrətli ölkə özlərinə haqq verirsə öz mənafe və məsləhətlərinə uyğun digər millətlərin taleyini həll etsinlər, deməli onlar bütün qanunları və insani dəyərləri ayaq altına ata bilərlər. Necəki belə etmişlər. 
Ardı var...

IslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.Islam times.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.
Comment