0
Friday 14 March 2014 - 21:29

Suriyada dünya müharibəsi gedir

Story Code : 361779
Suriyada dünya müharibəsi gedir
Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim “Fars” beynəlxalq informasiya agentliyi ilə söhbətində deyib ki, Suriyaya qarşı müharibə dünya müharibəsidir, Amerika və müttəfiqləri Suriyanı müqavimət ölkəsindən İsrailə qulluqçu ölkəyə çevirmək istəyir. Şeyx Nəim Tehranda keçirilən “Dünya qüdrətində İslam aləminin rolu” konfransında bəzi məsələlərə münasibət bildirib.

Hizbullah baş katibinin müavininə belə bir sual ünvanlanıb ki, Hizbullah Suriya müharibəsində iştirakına görə kimlər tərəfindən təzyiqlərə məruz qalır? Şeyx Nəim deyib: “Suriya müharibəsi ABŞ və müttəfiqlərinin rəhbərlik etdiyi dünya masştablı bir müharibədir. Suriya müqavimət ölkəsidir. ABŞ və müttəfiqləri Suriyanı İsrailin xidmətçisi etmək istəyir. Hizbullahın məhdud şəkildə Suriya böhranına qatılmasının səbəbi müqavimətə kömək xəttinin himayəsidir. Belə olmasa Suriyada, Livanla qonşuluqda dünya imperializminin mərkəzi yarana bilər.”

Şeyx Nəim əlavə edib: “Hizbullahın Suriya müharibəsində iştirakına qarşı olanlar Suriya müxalifətinin tərəfdarlarıdır. Təbii ki, onlar bu problemin siyasi yolla həllini istəyən hər kəsə qarşıdırlar. Bizim Suriyada iştirakımıza qarşı olanların sözü faydasızdır. Çünki onlar Amerikanın tərəfdarları arasında sonunculardandırlar.”
Hizbullah baş katibinin müavininə 14 mart cərəyanının fəaliyyətləri ilə bağlı sual verilib. Şeyx Nəim deyib: “Biz düşünürük ki, nazirliyin bu barədə bəyanatı müqavimətsiz verilə bilməzdi. Burada müqavimət sözünün vurğulanması zəruri görünür. Nazirliyin bəyanatında müqavimətin mövcudluğunun təsdiqi əsas mövzulardandır.” Şeyx Nəim bəyanatda müqavimətin adının çəkilməməsi barədə deyib: “Bu mövzuda çəkişənlər vaxtını boşa sərf edir və Livan xalqının mənafeləri qarşısında maneə yaradır. Biz öz növbəmizdə hökumətin yaradılması üçün əlimizdən gələni etmişik. Nazirliyin bəyanatında zəruri nöqtələr vurğulanmalıydı. Biz heç bir halda müqavimətdən əl çəkməyəcəyik.”

Şeyx Nəim Qasim sionist rejimin Livana son hücumu ilə bağlı sualı cavablandırarkən deyib: “İsrailin havadan və yerdən Livan sərhədlərini pozması beynəlxalq qanunlara, Təhlükəsizlik Şurasının qanunlarına ziddir. Biz bundan yararlanaraq İsrailin təcavüzünü inkar edənlərə həqiqəti göstərməliyik.” Şeyx Nəim deyib ki, Livan İslam Müqaviməti sionist rejimə cavab verməyə hazırdır. Hizbullah baş katibinin müavini Allahın yardımına ümidlə bütün təcavüzlərin qarşısının alınacağına inandığını bildirib.
Comment