0
Saturday 10 August 2013 - 17:53

İrana qarşı sanksiyaları himayə edən 3 mühüm şəxs

Story Code : 291272
İrana qarşı sanksiyaları himayə edən 3 mühüm şəxs
İrana qarşı sanksiyaların nədən hazırkı səviyyədə olduğu və günü-gündən daha da şiddətləndirildiyi barədə bəhs olunduqda bu mövzuya İsrail rejimi və sionist lobbisinin birbaşa müdaxiləsinə işarə edilir. Amma bəlkə də bu günədək mövzuya birbaşa təsiri olan şəxslərin kimliyi barədə söz açılmayıb. Bu müstəvidə 3 şəxsin rolu digərlərindən daha çox nəzərə çarpır. Uyğun 3 şəxs İrana qarşı sanksiyaları dəstəkləyən ən mühüm fərdlərdir.

 Bernard Markus
“Tabnak” xəbər verir ki, ABŞ-da İsrail rejiminin hamisi və ifratçı lobbi kimi tanınan “Foundation for Defense of Democracies” adlı birlik mövcuddur. Uyğun birlik bu günədək İrana qarşı sanksiyalar tətbiq edilməsi üçün çalışan ən mühüm təzyiq qrupu kimi tanınır. “TimesIsrael”-in yaydığı hesabatdan sonra məlum olub ki, “Foundation for Defense of Democracies” birliyinə ən çox maliyyə yardımı göstərən Respublikaçı yəhudilərdən olan 3 şəxsdir.
 
Qəzetin yazdığına əsasən, birliyə edilən yardımların siyahısına nəzər saldıqda görürük ki, 2008-2011-ci illər ərzində "Home Depot"un qurucusu olan Bernard Markus 11 milyon dollar, yəhudi milyarder Paul Sinqer 3.6 milyon dollar və kazino sahibi olan Şeldon Adelson 1.5 milyon dollar birliyə maliyyə yardım edib.

 Paul Sinqer
Bu fərdlərin hər üçü “Republican Jewish Council” birliyində fəal simalardandır və digər yəhudi birliklərinə də kömək edirlər. Ötən il ABŞ-da prezident seçkiləri zamanı Barak Obama əleyhinə Respublikaçılar üçün film hazırlayan Markus “Israel Democracy Institute”-yə də yardım edir. Adelson “Birthright Israel”-in mali baxımdan ən mühüm yardımçısıdır. Sinqer isə “Jewish Institute for National Security Affairs”-ın üzvlərindən biridir.

 Şeldon Adelson
Son illər İrana qarşı sanksiyalar barədə planlar hazırlamaq “Foundation for Defense of Democracies” birliyinin öhdəsində olub. Amma birlik rəsmiləri Konqres və Obama administrasiyası arasında sanksiyaların hansı formada tətbiq edilməsi ilə bağlı çəkişmələrə müdaxilə etmir.
 
Qeyd edək ki, ABŞ-da hər iki partiya 2001-ci ildə təsis edilmiş bu birliyi dəstəkləyirdi. Amma 2008-ci ildə birliyə bağlı qruplardan biri efirdə Demokratları tənqid etdikdən sonra bu partiya birliyi dəstəkləməkdən əl götürdü və hazırda “Foundation for Defense of Democracies”-i himayəsi təkcə Respublikaçıların üzərindədir.
Comment