0
Monday 14 April 2014 - 14:37

Lavrov: ABŞ CİA rəhbərinin Kiev səfərinə izah verməlidir

Story Code : 373073
Lavrov: ABŞ CİA rəhbərinin Kiev səfərinə izah verməlidir
Lavrov: ABŞ CİA rəhbərinin Kiev səfərinə izah verməlidir
Lavrov bazar ertəsi günü Moskvada təşkil etdiyi mətbuat konfransı zamanı deyib: “Biz CİA rəhbəri Con Brennanın Kievə səfəri haqqında yayılmış məlumatlar haqqında izahat tələb edirik.”

O qeyd edərək bildirib ki, ABŞ hökuməti həftə sonu ərzində mübahisəli səfər haqqında tutarlı izahat verə bilmədi.

Onun açıqlaması Ukrayna parlamentindəki mənbənin CİA rəhbərinin Kievə səfər etdiyini, ölkə rəhbərləri və həmçinin Ukrayna təhlükəsizlik agentləri ilə görüşdüyünü bildirdikdən sonra gəldi.

Rusiyanın baş diplomatı həmçinin Qərbi Ukraynada baş verən münaqişəyə münasibətdə ikiüzlülükdə ittiham edib.
Lavrov əlavə edərək deyib: “Biz xatırlayır ki, onlarla insan həlak olmasına səbəb olan Kievin Maydan kimi tanınan Müsətqillik Meydanında baş verən zorakılıq demokratiya adlandırılmışdır, ancaq indi isə Ukraynanın cənubunda dinc etiraz nümayişlərini təşkil edənlər isə terrorist adlandırılır.”


Kiev bazar günü Ukraynanın sənaye şəhəri olan Donetskdən 90 km aralı məsafədə yerləşən Slavyanskda Rusiya yönümlü etirazçıların qarşısını almaq üçün anti terror əməliyyatlarına start verib.

Bu silahlı nümayişçilər şəhərin polis idarəsini və SBU təhlükəsizlik xidməti binasını ələ keçirdikdən və Rusiyaya birləşmək üçün referendumun təşkil edilməsini tələb etdikdən sonra baş verdi.

Slavyanskdan əlavə etirazçılar Donetsk, Xarkiv, Luhansk və Mikolayev şəhərləri də daxil olmaqla Ukraynanın bir sıra şəhərlərində dövlət binalarına nəzarəti ələ keçiriblər.

Krım Ukraynadan ayrılaraq Rusiyaya birləşdikdən sonra digər şəhərlər də Rusiyay birləşmək tələbi ilə etiraz nümayişləri geniş vüsət aldı.
Source : İslamtimes
Comment