0
Tuesday 25 February 2014 - 22:03

Astarada dindarlar ovu

Ərçivanlıların mübarizəsi hakimiyyəti narhat edir
Story Code : 355578
Astarada dindarlar ovu
Astarada dindarlar ovu
Fevralın 17-də Astara rayon Ərçivan kəndinin bir qrup sakini icra hakimiyyətinin inzibati binasının qarşısına yürüş ediblər.

Yürüş edən sakinlər etirazlarına bununla əsaslandırıblar ki, Ərçivanlılar sosial şəbəkələrdə təhqir olunub, alçaldılıb, ərçivanlıların tələbi icra hakimiyyətindən təhqirə yol vermiş adamların tapılıb cəzalandırılması olub.

Burda müəmma olan məqam budur ki, ərçivanlıları təhqir edən adamlar pis əməllərini sosial şəbəkə vasitəsilə həyata keçirib, hər halda mətbuata verilən xəbərlərdə belə deyilir.

Kənd camaatının müəllifi müəmmalı olan bir təhqirə bu cür reaksiyası bəlkə də çətin başa düşmək olardı, intəhası Azərbaycan təcrübəsində sadə xalqın, xüsusilə əyalətdəki əhalinin təhqir olunması və bunun etirazlara gətirib çıxarması təcrübəsi mövcuddur.

Ərçivanlılar etirazını edib və çəkilib oturub evində, elə həmin gün isə rayon mərkəzində olan mərkəzi bazar da müəmmalı şəkildə yanır, sahibkarlara külli miqdarda ziyan dəyir. Bu hadisələrdə diqqəti çəkən maraqlı məqam dindarların hədəfə alınmasıdır. Belə ki, etiraz aksiyası ilə eyni gündə bazarın yanmasında külli miqdarda maddi zərər görən adamların hamısı mömindir, dindardır, onların etiraz aksiyası ilə əlaqəsi olmayıb, daha doğrusu həmin möminlərin ərçivanlıların təhqir olunmasından xəbərsiz olublar.

Üç gün sonra Astara rayon polis idarəsi 5 nəfər rayon dindarlarını həbs edir ki, onlardan biri Azərbaycan İslam Partiyasının Astara rayonu üzrə fəalı Famil Şükürovdur, digər dindarların partiya üzvü olduğu halda məlumat olmasa da onların hamısının da dindar olduqları bilinir. Bu günə qədər də həbs olunanların heç birisi azadlığa buraxılmayıb ki, onların 5 gün məhkəmə qərarı olmadan həbsdə saxlanılması qanunsuzdur.

Famil Şükürovun həbsi favralın 20-də dindar fəal namazdan sonra məsciddən çıxarkən baş verib. Belə ki, ərçivanlılar etiraz aksiyası keçirən günü İslam Partiyasının fəalı Famil Şükürov kənda camaatının qarşısına çıxıb onların etirazı dayandırmasını, sakitləşməyi, cəlb olunduqları təxribata uymamağı çağrış edib. Yəni göründüyü kimi açıq aşkar dindar fəal həmkəndlilərini eitraz aksiyası keçirməməyə çağırış edib, ancaq rayon polis isə dindarı həbs edib və bundan başqa məhkəmə qərarı olmadan onu və daha 4 nəfər dindarı həbs edib.

Məsələyə münasibət bildirən İslamçıların müdafiə komitəsinin sədri Kərbəlayi Natiq Kərimov qeyd edir ki, astaralı dindarlarla hakimiyyət arasında qarşıdurma yaratmaqda maraqlı qüvvələrin ola biləcəyi istisna deyil. Çünki həmin etiraz aksiyasında həbs olunan dindar fəal Famil Şükürov nəinki onlara qoşulub əksinə, onların etiraz aksiyası keçirməsindən imtina etməsinə çağırıb. Belə olduğu halda hansı səbəbdən dindar fəalların saxlanılması məlum deyil.

Natiq Kərimov onu da qeyd edib ki, ərçivanlılar da nardaranlılar kimi haqqı müdafiə edən adamlardır və mübarizdirlər. Baş verənlərdən belə nəticə çıxır ki, həm ərçivanlıların dindar olmaları həm də onların kərbəlayi Natiq Kərimov demiş mübariz olmaları görünür hakimiyyəti narahat edir, çünki əliyev rejimi bir nardaranlıların haqq uğrunda mübarizəsini həzm edə bilmir, indi bu yandan da ərçivanlıların mübarizəsi hakimiyyəti narhat edir, üstəlik onu da nəzərə alsaq ki, Astara İranla sərhəddə yerləşir bu vəziyyəti hakimiyyətin nəzərində bir qədər də ağırlşdırır, çünki İlham Əliyev hakimiyyəti üçün İran düşmən kimi qəbul olunur və bu düşmənçiliyi də gizli aparmır. Ona görə düşünmək olar ki, həbs olunan Famil Şükürov haqlı olub, kimlərsə kənd camaatını təxribata cəlb edib və bundan istifadə edərək, hakimiyyət rayonda dindar ovuna çıxıb, şühbə yoxdur ki, ünvanı bəlli olmayan və sosial şəbəkələrdə ərçivanlıların təhqir olunması əliyev rejimi tərəfindən təşkil olunub. Bu günlərdə DİN-nin əlavə silahlı qüvvələrinin Astara rayonuna cəlb olunması haqqında da xəbərlər yayılmaqdadır.
Source : Islamtimes
Comment