0
Friday 17 October 2014 - 19:33

"İran-“altılıq” danışıqları kritik mərhələni keçir"

Story Code : 415111
"İran-“altılıq” danışıqları kritik mərhələni keçir"
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada sona çatmış danışıqların yekunlarına dair  Avropa diplomatiyasının rəhbəri Ketrin Eştonun mətbuat katibi Maykl Mann bildirib. “Biz irəliləyişə və əvvəlki kimi, noyabrın 24-nə əhatəli razılaşmaya inadla nail olmağa çalışırıq”, deyə Mann vurğulayıb.
Onun sözlərinə görə, “İranın nüvə məsələsinin həlli istiqamətində diplomatik səylər kritik mərhələni keçir”. “Ekspertlər yaxın günlərdə görüşərək texniki işi davam etdirəcəklər”, deyə Mann əlavə edib.   
Comment