0
Friday 4 April 2014 - 13:56

İctimai Fəsad

Story Code : 368989
İctimai Fəsad
İctimai Fəsad
Allah Təala Qurani kərimdə buyurur..Ey iman gətirənlər Allah və onun elçisinə xəyanətkarlıq göstərməyin və bilə bilə öz aranızdaki əmanətlərədə xəyanət etməyin. Bu yazını yazmaqda məqsədim cəmiyyətdə gördüyüm problemlərdən keçirtdiyim narahatçılıq oldu.Bəzən bizlər yaranma səbəbini unudub dünyanın arxasıyca gedirik.

Hz.Əli(ə) Nəhcül Bəlağədə buyurmuşdur:Dünya sizi aldatmadı sadəcə sizlər dünyanın gözəlliyinə aldanırsız. Bir mənalı olaraq diyə bilərikki bəlaların əvvəli Allahı yaddan çıxardıb dünyaya bağlanmaqdır.Ən başlıca amil gənclərimizin dünyəvi zövqlərə aldanıb Allahdan uzaqlaşmasıdır.

İnsanın əsas fikir və hədəfdən uzaq tutulması üçün düşmən hər bir hiyləyə əl atmaqdadır.Məhz sosial şəbəkələr müxtəlif növ əyləncələrin ortaya çıxarılmasyla düşmən istəyini həyata keçirir. Belə olduğu halda insan özünə və cəmiyyətə xeyr verə bilməz.Niyə gənclik daha çox bu yola meyl edir? nə üçün Allaha yaxın olmurlar? bu sualları bir hədislə açıqlamaq istəyirəm İmam Kazım buyurmuşdur:Əlimdə olsa idi gənclərə döyə döyə elm örgədərdim Maariflənmənin olmaması elmə və tədrisə yer verilməməsinin axırı gəncliyin bu hala gəlib çıxmasında başlıca amildir.Belə olduğu halda cəmiyyətdə ictimai fəsadın qarşısının alınması absurt bir hala dönüşə bilər. Ayəyə dönüb baxdıqda istər özümüzə istər cəmiyyətə qarşı xəyanət etmiş olmarıqmı ? Məgər Peyğəmbər (s.a.s) bizlərdən belə olmağımızımı istərmiydi ? Sonda Şəhid Mütəhhərinin bir gözəl kəlamı ilə sözlərimi sonlandırmaq istəyirəm Kamil insan həyatın bütün sahələrinin qəhrəmanıdır. Bəlkə bu kamilliyə üz tutaq, nə üçün yarandığımızı fikirləşək... Uca və əzmətli Allahdan başqa güc və qüvvə yoxdur!
Source : Islamtimes
Comment