0
Saturday 4 January 2014 - 12:04

Rəhbər düşməni tanıtdırır

Story Code : 337334
Rəhbər düşməni tanıtdırır
Rəhbər düşməni tanıtdırır
Şübhəsiz, bu inqilabın imperializmə zərbələrindən biri onların milli mənafelərdən sui-istifadəsinin qarşısını alması idi. Düşmən başqa xalqların ərazi, şəxsiyyət, mədəniyyət və milli mənafelərinə qarşı yeni planlar cızdı. Belə bir məqamda rəhbərin düşməni tanıtdırması İnqilabın əsas qələbə amillərindən sayılır. Bu gün də rəhbərin baxışları və göstərişləri düşmənin yeni planlarının təsirsizləşdirilməsində əsas amildir.

Düşmən qarşısında qərar çıxarıb onu həyata keçirmək üçün əvvəlcə düşməni tanımaq lazımdır. Düşmənin hədəfləri, üsulları, imkanları araşdırılmalıdır. Ümumi halda bu işə düşməni tanımaq deyilir. Əgər bu iş lazımi şəkildə həyata keçməsə məlumatsızlığın acı nəticələrini dadasıyıq.

Böyük Rəhbər Ayətullah Xamenei düşmənşünaslığı həmişəlik vəzifə olaraq belə tanıtdırır: “Düşmən öz fitnəkarlıqlarını mürəkkəbləşdirdiyi kimi İran xalqı öz agahlıq və oyaqlığını artırmalıdır. Mənəvi və siyasi baxımdan, düşüncə və vəhdət baxımından düşmən istənilən bir libasda tanınmalıdır.”

Aydın məsələdir ki, müdafiə siyasətini proqramlaşdırmaq üçün düşməni tanımaq, onun hədəflərini öyrənmək vacib işdir. Bütün bunlar bizim milli və dini varlığımızı hədələyir. Ümumi şəkildə düşmənlə bağlı iki nəzəriyyə var: Fitnə nəzəriyyəsi və fitnə qorxusu nəzəriyyəsi.

Bəziləri bu fikirdədilər ki, cəmiyyətdə baş verən bütün hadisələr güclü qüvvələrin proqramları əsasında baş verir. Onların fikrincə, bütün fitnəkarlıqların arxasında ABŞ, sionizm böyük sindikatlar, kapitalistlər dayanır. Dünyanın super güclərinin, başda Amerikanın dünya və İslam aləminə qarşı təcavüzkar addımları tükənən deyil.

Başqa bir qrup bu fikirdədir ki, hər işdə düşmənin əlini görmək, belə bir təxəyyülün formalaşması milləti fəaliyyətdən saxlayır, o öz həyat quruculuğunda həvəslə çalışmır. İsrail və Amerikanın fitnəkarlığı mövzusunu misal göstərirlər. Onlar bildirirlər ki, fitnəkarlıqlar iddia olunan səviyyədə deyil. Fitnə təxəyyülünə yoluxmuş insan bütün hadisələrin arxasında kiminsə əlini görür. Onun nəzərincə siyasət, iqtisadiyyat, dində baş verənlər məhz hansısa qüvvənin işidir. Bütün müharibələri, qiyamları, gerilikləri, asılılıqları, hətta infilyasiyanı biganələrin fitnəsi kimi dəyərləndirirlər.

Fitnə təxəyyülü nəzəriyyəsi Rəhbər tərəfindən məqbul sayılmır. Çünki Böyük Rəhbər daim xəbərdarlıq edir ki, hər bir fitnəkarlığın arxasında düşmənin əli var. Tarix və İslam İnqilabının dövlətçilik təcrübəsini nəzərdən keçirdikdə aydın olur ki, doğrudan da fitnəkarlıqlarda düşmənin rolu olur. Əgər sadəlövhlük gstərib fitnə təxəyyülü adı altında düşmənin rolunu inkar etsək onlar hətta dövlət strukturlarına nüfuz edər.

Cənab Rəhbər buyurur: “Düşmən informasiya vasitələri, ABŞ və Britaniya, eləcə də sionist rejimin təbliğat maşını parlamentdə hansısa layihə üzərində yaxa cırırsa, psixoloji müharibə aparırsa, bir məhbus və ya məsula anadan mehriban dayə kimi can yandırırsa insanın şübhələnməyə haqqı var. Düşmən bizim sadəlövhlüyümüzə ümid edir. Bu yolla ölkənin siyasi meydanına ayaq açırlar… Bu gün həssas gündür. Dövrümüz həssas dövrdür.”

Bu dəlillərə əsasən cənab Rəhbər fitnə təxəyyülü nəzəriyyəsini rədd edir. Əgər fərz etsək ki, düşmən bütün yollarda dayanıb, onun gözə görünməməsi olmaması deyil bizə qarşı fitnəkarlıqları gözləniləndir. Bəziləri deyir ki, bu təxəyyüldür. Guya heç bir fitnəkarlıq yoxdur. Mən inqilabın əvvəlindən bu gününə qədər fitnəkarlıqların siyahısını oraya qoyaram. Necə yəni fitnəkarlıq yoxdur?! İnqilabın əvvəlində açıq vuruşurdular və bu gün də öz işlərindədirlər. Bu gün sözün həqiqi mənasında dünyada düşmənimiz var.”

Cənab Rəhbər digər bir bəyanatında buyurur: “Bəziləri deyirlər ki, heç bir düşmən yoxdur və düşmən qorxusunu özümüz yaradırıq. Əgər biri gözünü yumub, “inşaallah pişikdir” demək istəyirsə, bu başqa məsələ. Amma mənim və sizin yatmağımız düşmənin varlığını ortadan qaldırmır. Bizim bilməməyimiz və ya özümüzü bilməzliyə vurmağımızla düşmən bizdən əl çəkməyəcək. Bəziləri sübut etməyə çalışır ki, İran xalqının düşməni yoxdur, yerinizdə oturub işinizlə məşğul olun. Guya hər yerdə əmin-amanlıqdır. Xeyr, bu sözlərin həqiqəti yoxdur!”

Rəhbərin baxışlarına əsasən düşməni ümumi şəkildə iki qismə bölə bilərik: Daxili düşmənlər və xarici düşmənlər. Cənab R əhbər imperializmin düşmənçilik səbəblərini belə görür:

1.İslam dünyada genişlənir və imperializmin mənafeləri üçün təhlükə yaranır.

Rəhbərin nəzərincə, imperializmin əsas düşmənçilik səbəbi İslamın dünya boyu yayılmasıdır. Onlar əmindirlər ki, İslam hökmləri hansı ölkədə qüvvəyə minsə onların mənafeləri zərbə altında qalacaq. Buna görə də İslama görə narahatdırlar, İslam qarşısında mövqe tutublar.

2.Siyasi, iqtisadi, hərbi və mədəniyyət baxımından düşmənə dəyən zərbə.

İmam və xalqın iştirakı ilə qələbə qazanan İslam İnqilabı böyük uğurlar əldə etdi. Bunlardan biri də biganələrin hakimiyyətinə son qoyulması oldu. Milli sərvəti dağıdanlar, xalqın var-dövlətini çalıb-çapanlar bununla necə barışsın?! Buna görə də düşmən İslam İnqilabından sonra itirdiyi mənafeləi geri qaytarmaq üçün fəaliyyətə başladı.

Rəhbərin nəzərincə düşmən İnqilaba qarşı bir neçə istiqamətdə fəaliyyət göstərir:

1.Dini etiqadın zəiflədilməsi və aradan qaldırılması.

Dini və milli kimliyin hifzi müstəqillik və ləyaqət göstəricisidir. Bu iki dəyərin zəifləməsi asılılıq və əsarət deməkdir. Bu dəyərlərin hifzi üçün gənc İslam Respublikası böyük işlər gördü. Düşmənin hücumları qarşısında müqavimət göstərildi. Əgər düşmən bu inancı xalqın düşüncəsindən silə bilsə müqavimət, isar və fədakarlıqlar da puç olasıdır. Belə olsa məmləkət yenidən əsarət altına düşər. Ayətullah Xamenei bu barədə buyurur: “Onlar din və demokratiya bayrağının bir yerdə dalğalanmasına baxa bilmirlər. Çalışırlar ki, demokratiya ilə din arasında ixtilaf yaratsınlar.” Bu fikirlə çalışırlar ki, xalqın İslam Dövlətinə sevgisini süstləşdirsinlər, xalqın imanını puç etsinlər.

2.İslam Dövlətinin zəiflədilməsi

İslam İnqilabının qələbəsindən sonra bir çox inqilabi qruplar fəaliyyətə başladılar. Onlar Rəhbərin göstərişləri ilə inqilabi fəaliyyətlərini davam etdirirdilər. Düşmənin İslam Dövlətini süquta uğratmaq yolunda işərindən biri bu sütunları sarsıtmaq idi. Vilayəti-fəqih prinsipini səhnədən çıxarmaq vəzifə olaraq qarşıya qoyulmuşdur. Vilayəti-fəqih İslam Respublikasının əsas sütunu sayılır. Bu prinsip dini üsul-idarənin təminatçısıdır və bu respublikaları başqalarından üstün edir. Ona görə də məhz onu hədəfə aldılar. Əlbəttə ki, daxildə də onların işinə yarıyanlar tapıldı. Rəhbər buyurur: “Dünya imperializmi ümid etdi ki, mojoritar üsulu inqilaba qarşı sınaqdan çıxara bilər. Uzun araşdırmadan sonra bu qənaətə gəldilər ki, inqilab rəhbərini hədəfə alsınlar. Çünki iqtidarlı bir rəhbərin nəzarəti onların bütün fitnəkarlıqlarını puça çıxarır.”

Rəhbər buyurur ki, dövlətin gücü çatmayan problemlərin rəhbərlik tərəfindən həll olunur. Bəli, rəhbər həqiqəti xalqa çatdırır, düşmənin yalan və hiylələrini ifşa edir, xalqa ümid verir. O beynəlxalq siyasi fitnəkarlıqlara qarşı dayanır, inqilabın gücünü ortaya qoyur, düşməni geri çəkilməyə vadar edir. Rəhbər təfriqələrin qarşısında dayanıb xalqı birləşdirən şəxsdir.

3.Ruhaniyyətin zəiflədilməsi

Agah və məsuliyyətli ruhanilərin səhnədə olması inqilabın qələbəsində böyük rol oynadı. Meydana çıxanlar Allah sözünün ucalması, əsl İ slamın dirçəlişi yolunda canlarından keçdilər. Buna görə də düşmənin hədəfinə çevrildilər. Rəhbər buyurur: “İslam düşmənləri onların qanunsuz mənafelərini əllərindən alanlardan əl çəkməyəcək, bu vəziyyətlə barışmayacaq. Onların məğlubiyyətə uğramış təcrübələri səbəb oldu ki, daha mürəkkəb yol seçsinlər. Belə bir qənaətə gəliblər ki, inqilabı sarsıtmaq üçün elm hövzələri, universitetlər və ruhaniyyəti sarsıtmalıdırlar. Bu yolla məqsədə çatacaqlarına ümid edirlər. Amma fitnəkarlar hövzənin, universitetin, böyük şəxsiyyətlərin oyaqlığından xəbərsizdirlər.”

4.Dinin səmərəsiz olmasının təlqini

Təlqin edirlər ki, din cəmiyyətin problemlərini həll edə bilməz. Bu istiqamətdə çalışırlar. Dini hökmlər, məhdəviyyət mövzusunda şübhələr yayırlar. Onlardan bəzilərini nəzərdən keçirək:

-İslam 1400 il bundan öncə bu günün ictimai problemlərindən danışmayıb. Əgər bu barədə bir söz varsa, onun fərqli şərhi ola bilər.

Amma fiqh bütün dövrlərdə icra edilə bilməz, İslam hökuməti şəriət hökmlərinin icrası demək deyil…

İmperializm son 30 ildə İslam İnqilabını məhv etmək üçün bütün siyasi, iqtisadi, hərbi imkanlarını işə salıb. Amma başa düşüb ki, bu hökumətin xalqa güvənməsi, xalqın hökumətə arxa durması onun arzularının həyata keçməsini mümkünsüz edir. Buna görə də dinin mahiyyətini hədəfə alır, iqilabi ruhiyyəni arada qaldırmaq istəyirlər.

5.Dini siyasətdən ayırmaq cəhdi

İran İslam İnqilabı dünyadakı mövcud siyasi sistemi silkələdi. Ortaya dini hökumət nümunəsi qoymaqla mövcud sistemləri kölgə altına çəkdi. Nəticədə düşmən bu üsul-idarə ilə müharibəyə qalxdı. Rəhbər buyurur: “Düşmənlər ötən bir əsr yarımda çalışıblar ki, İslamı tam şəkildə səhnədən çıxarsınlar. Bu məqsədlə dinin siyasətdən ayrı olması müddəası ortaya qoyulub. Guya dindar yalnız ibadətlə məşğul olmalıdır, şəxsi problemlərini həll etməlidir. İslamı siyasi səhnədən çıxarmaqla İslam məmələkətlərini siyasi əsarət altına almaq, qarət etmək istəyirlər.”

6.İslam və İslam üsul idarəsinin məhvi

İnqilabın qələbəsində, anti-imperialist ruhiyyənin qorunmasında iman mühüm rol oynayır. İslam İnqilabı insanlara ümid verdi ki, yeni və dini bir sistem cəmiyyəti xoşbəxtliyə apara bilər. Tarixdə bunun sübutları var.

Super dövlətlər, imperialistlər haqq-ədalət şüarı ilə qalxan qiyamlara qarşı amansızdırlar. Onlar insanların əqidəsini hədəfə alıblar. Rəhbər buyurur ki, düşmənin istəyi xalqdakı stimulu, imanı onun əlindən almaqdır.

Düşmənin İslam hökuməti ilə mübarizə üsulu

Düşmənin tanınmasında onun fəaliyyət üsullurına diqqət mühüm işdir. Həmin üsulları nəzərdən keçirək:

1.İslam mədəniyyətini təhqiri

Düşmən yaxşı başa düşür ki, bir xalq mədəniyyətə arxalanıbsa onun düşüncəsini dəyişmək çətindir. Amma belə deyilsə ona hər şeyi qəbul etdirmək olar. Rəhbər buyurur: “Bu mövzunun dərki, İslam və inqilabi dəyərlərin müdafiəsi həm mənim vəzifəmdir, həm də xalqın vəzifəsi. Xalq Allahın lütfü ilə yüksək düşüncəyə sahibdir, yüksək agahlıqla səhnədədir.”

2.Təbliğat üsullarından istifadə

Təbliğat və psixoloji müharibə düşmənin əsas üsullarındandır. Onlar bu yolla əldən çıxmış mənafelərini geri qaytarmaq istəyirlər. Cənab Rəhbər buyurur: “Düşmənin fitnə və təhlükələrindən biri müsəlman ölkələri arasında təfriqə yaratmaqdır. Düşmənə məqsədə çatmaqda kömək edəcək ən yaxşı üsul budur.”

3.Demokratiya ixracı

Düşmənin digər bir üsulu öz çirkin məqsədlərini həyata keçirmək üçün demokratiya ixracıdır. Əslində bu demokratiya həddi aşmaqdan bir şey deyil. Əxlaqsızlıq, çılpaqlıq, əyyaşlıq bu demokratiyanın tərkib hissəsidir. İspaniyada İslamın səhnədən çıxarılması düşmənin belə planlarını ifşa edir. Rəhbərin nəzərincə İslamla qərb məktəbi arasında əsas fərq azadlığa baxışdadır. Qərb də müəyyən çərçivələr nəzərdə tutub. Amma İslam bəzi məqamlarda həmin çərçivəni daraldır. Qərb bəzən azadlığa elə bir meydan verir ki, bu əxlaqsızlıqdan başqa şey olmur.

Cənab Rəhbər buyurur: “İnsanın kiminsə hakimiyyəti altında olmaması onun azadlığı üçün bəs etmir. İnsan həm də qəzəb və şəhvət qüvvələrinin əsarətində olmamalıdır. Qorxu, zəiflik, tamah, hərislik, azğın nəfs istəklərinin təsiri altında insan məcbur olur ki, müəyyən məhdudiyyətləri qəbul etsin. Belə bir insan isə azad ola blməz.”

4.Təfriqə yaratmaq

Bir sistemi süquta uğratmaq üçün əsas yollardan biri onun müxtəlif təbəqələri arasında təfriqə yaratmaqdır. İslam düşmənləri öncədən bu işi görüb. Rəhbər buyurur: “İmperializm çalışır ki İslam məmləkətlərini bir-bir İslam dünyasından qoparsın.”

5.Hərc-mərclik yaradılması

İslam hökuməti ilə mübarizə üsullarından biri təhlükəsizliyin, sabitliyin pozulmasıdır. Ölkədə sabitlik yoxdursa müqavimət ruhiyyəsi də zəifləyir. Belə bir vəziyyətdə dövlət rəsmilərinin diqqəti əsas mövzulardan yayınır. Xalqı ümidsizləşdirmək, onda dövlətə qarşı etimadsızlıq yaratmaq, problemləri böyütmək təhlükəsizliyin pozulmasında əsas addımlardandır. Bu gün amansız qərb mədəniyyəti dünyanı təsiri altına alıb millətlərin var-yoxunu talan edir. Bütün bunlar hər-mərclik nəticəsində mümkün olur.”

6.Ziyalılardan və partiyalardan sui-istifadə

İran İslam İnqilabının əsas xüsusiyyətlərindn biri İmamın (r) rəhbəriliyi altında dini şəxsiyyətin dirçəldilməsidir. Düşmən dini şəxsiyyəti məhv etmək üçün bütün imkanlarını işə salıb. Onlar qərb mədəniyyətinə uymuş insanlardan ziyalı formatında istifadə edirlər. Qərbin öz zövqü ilə seçdiyi bu ziyalılar gəncləri imperializmin zəhərli oxlarına hədəf edirlər. Onlar hər vəchlə din və İslam mədəniyyətinə qarşı şübhə yaradırlar. Rəhbər İran ziyalıları haqqında buyurur: “Mən dəfələrlə qeyd etmişəm ki, İranda ziyalılıq xəstə doğulub. Dünyada ziyalılıq elm və hünər, gələcəyə baxış, oyaqlıq, ictimai problemlərin dərki kimi başa düşülür. Bizim ölkədə isə ziyalılıq sağlam doğulmayıb. Nə üçün? Çünki ilk ziyalılarımız sağlam adamlar deyil.”

Düşmənlə mübarizə yolları

Rəhbərin nəzərincə düşmənlə mübarizdə üç prinsipə diqqətli olmaq lazımdır:

1.Oyaq olmaq və şəraiti düzgün qiymətləndirmək;

2.Cürətli olmaq, çətinlik və təhlükədən qorxmamaq;

3.İman və gələcəyə ümid.

Cənab Rəhbər xalqa xəbərdarlıq edir ki, bəzən düşmən bir sadə şəxsi on üsulla təhrik edir. Onu ləyaqətsiz sözlər deməyə vadar edirlər. Belə bir şəxs özü də bilmir ki, düşmənin əlində alətdir. Buna görə də oyaq olmaq lazımdır. Rəhbər buyurur: “Ümid edirəm ki, İran xalqı düşməni düzgün tanıyacaq. Düşmən dünya imperializmidir. Düşmən Amerika və sionizmdir.”

Digər tərəfdən mübarizəyə hazır olmaq lazımdır. Rəhbər buyurur: “Düşmən öz üsullarını mürəkkəbləşdirdiyi qədər xalq öz agahlığını artırmalıdır. Mənəvi, siyasi baxımdan hazırlıqlı olmalı, vəhdəti qorumaqla düşməni istənilən bir libasda tanımalıdır.”

Nur-az.com
Source : nur-az.com
Comment