0
Sunday 19 January 2014 - 00:07

Yəhudilərin təqibi

Story Code : 342635
Yəhudilərin təqibi
Lev Tahor firqəsinə mənsub ortodoks yəhudilər fərqli əqidələrinə görə bütün dünya ölkələrində sionistlər tərəfindən təqib olunurlar. Bu qrupdan olan yəhudilərin bir hissəsi İranda sığınacaq almaq istəsə də Kanadadan çıxan zaman həbsə alınıblar.
Lev Tahor dedikdə pak qəlb mənası nəzərdə tutulur. Bu qrup Tövrat təlimlərinə ən sədaqətli yəhudilərdəndir. Buna görə də Tövratı öz xeyrinə təhrif edən sionistlər və lobbiçilər bu qrupu təqib edir.
İordaniyadan Kanadaya qədər, eləcə də işğal olunmuş torpaqlarda bu yəhudilər işgəncə altında yaşayır. Lev Tahor yəhudilərinin övladlarını başqa əqidədə tərbiyə etmək üçün ailələrindən alıb xüsusi uşaq evlərində yerləşdirirlər.

 
Lev Tahor yəhudiləri nəyə inanır? Bu qrupun tanınmış rəhbərlərindən olan və Kanadada yaşayan Mayer Rasner deyir ki, Tövrat təlimlərinə bağlılıq, eləcə də qadınların dini örtüyü sionistləri qıcıqlandırır. Bu qrupu yəhudi Talibanı adlandırır və onun üzvlərini müxtəlif bəhanələrlə həbsə alırlar.


Lev Tahor firqəsində yetkinlik yaşına çatmış oğlanlar və qızlar tərid olunmuş şəraitdə təhsil alır. Qızlar məhz yetkinlikdən gəncliyə keçən dövrdə ailə qururlar. Qadınların corab geyməsi, tam örtünməsi vacib sayılır. 
Bu firqəyə aid ailələr adətən möhkəm olur. Ailə üzvləri arasında səmimi rabitələr mövcuddur, ailədə övlad adətən çox olur. 


Firqəyə qarşı ittihamlardan biri də qızların erkən yaşda məcburi ərə verilməsidir. Amma firqənin banisi Şelomo Helbrans deyir ki, tam razılığı olmayanlar firqədən getməyə azaddır və qızlar öz seçimi ilə ailə qurur. Xaxamın sözünə görə qızlar 16 yaşından erkən ailə qurmur və izdivac qanuni qeydə alınır.


Firqə rəhbərlərindən olan xaxam Yuriel Qoldman bu əqidədədir ki, onların İsraildə və sionistlər tərəfindən dünyada təqib olunmasının səbəbi inancına görə işgəncələrdən dolayı siyasilərə nifrətdir. Bu qrup adi vətəndaşlıq hüquqlarından məhrumdur. Onların sionistlər, işğalçı rejimə qarşı olması firqəni təqiblərə məruz qoyur. Xaxamın fikrincə bu firqə sionistlərin siyasi nifrətinin qurbanıdır. Lev Tahor firqəsinin əqidəsinə görə işğal və zor hesabına yəhudi dövləti qurmaq Tövrat təlimlərinə ziddir. İşğalçı rejimin varlığı və fəaliyyətləri xilaskarın zühuruna mane olur.
Firqə üzvləri İsraildə uşaqlarla amansız rəftara görə ittiham edilib, həbsə alınır. Bu işgəncələr səbəbindən firqənin böyük bir hissəsi 2005-ci ildə Kanadaya mühacirət edib. ABŞ və İordaniyada da firqənin eyni təqiblərə məruz qalan üzvləri yaşayır.
Adı çəkilən iki xaxam bildirir ki, firqənin inancına görə fiziki cəzalandırmalar məqbul deyil. Təlim mərkəzlərində uşaqlara heç bir fiziki cəza verilmir. Xaxam Qoldman ittihamlara belə münasibət bildirir: “Biz hər bir ata-ananın üz tutduğu tənbeh üsullarından da çəkinirik. Uşaqları fiziki cəzalandırmır, onlara təlim-tərbiyə vasitəsi ilə həqiqətləri çatdırırıq.”
Qrupun 250 nəfərə yaxın üzvü Kanadanın Kabek ştatında yaşayır. Məhəlli təqiblər, hüquq-mühafizə orqanlarının amansızlığı onların Antariyo ştatına mühacirətinə səbəb olub. Kanadanın təhsil qanunları Lev Tahor yəhudilərinin əqidəsinə uyğun olmadıqlarından onlar uşaqlarına evdə təhsil verir. Buna görə də Kanada hökumətinin təzyiqlərinə məruz qalırlar, bəzən övladları  məhkəmə hökmü ilə uşaq evlərinə verilir. Kanada hökumətinin hökmü ilə Lev Tahora daxil olan iki ailədən 14 uşaq alınıb və valideynlər övladlarının tərbiyəsində səhlənkarlıqda ittiham olunub. Bu ailələrdən birinin başçısı olan Mayer Rasner deyir ki, o övladlarının sağlamlığına və təhsilinə ciddi diqqət ayırır. Adətən uzun əba geyən, geniş ətəkli qara papaq qoyan Mayerin ailəsində ana və doqquz övladdan beşi uzun örtükdən istifadə edir. Bu şəxs ciddi təzyiqlərə məruz qalıb və məhkəmə onun övladlarını dövlətin nəzarəti altında olan tərbiyə mərkəzinə verib. National Post nəşriyyəsi ailə haqqında yazır: “Ailənin 5 qız övladından böyük qızın 17, kiçik qızın 4 yaşı var. Anaları xəmir yoğurmaqla məşğul olduğundan qızlar da ya bu işi görür, ya da xəmirlə oynayır. Onların şəkilini çəkəndə gülürdülər və fotodakı rəngli xəmir lülələrinin hansını çox sevdiklərini deyirdilər. 37 yaşlı Rasnerdən 4 oğlunun harada olduğunu soruşduq. O əvvəlcə təəccüb etdi, sonra sakitcə “məktəbdədirlər” söylədi. Bu firqəyə qarşı ittihamlardan biri qızlarla oğlanlar arasında fərq qoyulmasıdır.”


Çatan şəhərinin kənarında, Vindzor şəhərinin 80 km şərqində ayrıca daxmalardan ibarət bir yer var. Bu daxmalar Lev Tahor firqəsinin yeni evləridir. Bu ailələrin əksəri dini inancına bağlı olduğuna, qadın və qızları dini geyimə riayət etdiyinə görə İsraildə təqib edilib. Firqə rəhbərlərindən olan Rasner bu günlərdə Çatan şəhərinin uşaqların müdafiəsi ilə məsulu ilə görüşüb və firqənin narazılıqlarını bildirib. Cənab Rasner hazırda firqənin mövcud durumundan narazı olsa da bunu gizlətməyə məcburdur. O sadəcə səmaya işarə ilə deyir ki, hər şey yuxarıda yazılıb. Firqənin kiçik daxmalarının ikinci mərtəbəsi yoxdur. Rasner deyir ki, şəhər əhalisinin xoş rəftarı yaşayış şəraitinin ağırlığını unutdurur. Rasner deyir: “Əhali bizimlə xoş rəftar edir, biz alış-veriş üçün Çatan şəhərinə gedirik. Onlarla heç bir problemimiz yoxdur. Bizi görəndə uzaqdan salamlaşırlar. Kabek ştatında vəziyyətin fərqli olduğunu bildirən rasner deyir ki, orada bizi görənlər təhqir edirdilər. Hazırkı yeri münasib sayaraq bildirir ki, burada münasibət yaxşıdır, həm də kompakt yaşayırıq. 
Rasner İsrail rejimi ilə rabitələri barədə deyir: “Tövrat deyir ki, yəhudi xalqı sürgündə yaşayır. Xilaskarın zühuruna qədər dövlət və ordu qura bilmərik. Sionist rejim bizim bu əqidəmizdən qıcıqlanır və bizim məhvimizə çalışır.”
Lev Tahor firqəsi 2011-ci ilə qədər Kabek ştatının Sentaqat Demun şəhərində diqqət mərkəzində olublar. Şəhər başçıları İsraildən gələn iki qızı bu firqə ilə birlikdə yaşamağa qoymadıqda vəziyyət dəyişdi. Qızların əmisi İsrail məhkəməsindən onları İsrailə qaytarmaqla bağlı hökm almışdı. Əmiləri qorxurdu ki, Lev Tahor firqəsi qızları izdivaca sövq etsin. Lev Tahorun banisinin oğlu Holbrans deyir ki, İsrail iki ailənin Kanadaya mühacirətinə mane oldu. İşğalçı rejim hər vasitə ilə Kanadaya mühacirətin intiqamını almaq istəyir.
O zaman gəncləri müdafiə cəmiyyəti Kabekdə firqə ilə bağlı araşdırmalara başlayır. Cənab Rasner uşaqların fiziki cəzalandırılması ilə bağlı ittihamları rədd edir. O deyir ki, firqədə məcburi yox, adət-ənənə əsasında izdivac var. Firqəyə daxil olan bir şəxs qohumlaşacaq ailələri bir-biri ilə tanış edir. Ailələr razılaşsa gənclər görüşür. Ümumi razılıq olmadıqda izdivac baş tutmur. Rasner deyir ki, bizim gənclər küçədə rastlaşdığı qızla ailə qura bilməz. Onun sözlərinə görə qızlar 16 yaşında ailə qura bilər və firqənin bu qanunu onlara qarşı əsas ittiham səbəblərindəndir. 


Cənab Rasner Kanada hökumətinin firqəyə məxsus ev məktəblərinə müxalifətindən danışır: “Biz Kanadadakı təhsil sistemindən, məktəblərdə hətta homoseksualizmin tədrisindən narazıyıq. Bir çox təhsil proqramları bizim əqidəmizə ziddir və bunu qəbul edə bilmərik.” 
Rasner deyir ki, Çatan şəhərində təlim və tədris müəssisələri ilə münasibətlər normaldır. Rasner ümid edir ki, Antariyo şəhərinin məsulları firqənin təhsil üsullarına hörmətlə yanaşacaq. Firqəyə məxsus siniflərdə oğlanlar qızlardan ayrı təhsil alır. Yerli əhali bu fikirdədir ki, firqənin buraya mühacirəti onları çaşdırsa da hansısa problem yaratmayıb. 
İsrail mətbuatı yazır ki, firqənin 200-ə yaxın üzvü İrandan sığınacaq almaq istəyib. Firqə başçıları düşünür ki, İranda əqidə azadlığı daha genişdir və yəhudilər daha rahat yaşaya bilər. İranda sığınacaq almaq Kanada və digər ölkələrdə sığınacaq almaqdan çox asandır. İsrail mətbuatı yazır ki, Kanada polisi İrana sığınmaq istəyənləri, təqribən 40 ailəni həbsə alıb. Jerusalim Post bu barədə yazır: “Bu ailələrin əksəri sionizmlə müxalifət səbəbindən Knadaya köçənlərdir.”
İsrail mətbuatı iddia edir ki, firqədən olan bəzi ailələrin Kanadada yerləşməsi qanuni deyil. Guya bu ailələr hələ də uşaqlara qarşı amansız rəftarda ittiham olunur. 
Lev Tahor firqəsi sionizmə müxalif qruplardan biridir. Onlar Tövrata bağlı olduqları və İsrailin işğalçı siyasətinə qarşı çıxdıqları üçün dünya boyu təqib edilirlər. Firqənin banisi bu fikirdədir ki, Tel-Əviv bu firqəni məhv etməyincə təqiblərdən əl çəkməyəcək.
Comment