0
Thursday 17 April 2014 - 14:56

Siyasi analitik: Səudiyyə Ərəbistanın İsrail ilə gizli əlaqəsi krallığın sonu deməkdir

Story Code : 374531
Siyasi analitik: Səudiyyə Ərəbistanın İsrail ilə gizli əlaqəsi krallığın sonu deməkdir
Siyasi analitik: Səudiyyə Ərəbistanın İsrail ilə gizli əlaqəsi krallığın sonu deməkdir
Çərşənbə günü Press TV-yə müsahibə verən Hafsa Kara Mustafa deyib: “Əgər Səudiyyə Ərəbistanı bu siyasəti davam etdirsə bu həqiqətən də səudiyyəlilər üçün son olacaq. Mən hesab edirəm ki, bu çox qeyri düşünülmüş bir addımdır. Bu həqiqətən də regiona qarşı atılmış bir addımdır və hesab edirəm ki, mənfi nəticələri olacaq.”
Bu açıqlama İsrail xarici işlər naziri Aviqdor Libermanın bazar ertəsi günü Tel Əvivin Səudiyyə Ərəbistanı və Kuveyt də daxil olmaqla İrana qarşı birgə diplomatik əməkdaşlıq yaratmaq üçün bəzi Ərəb dövlətləri ilə gizli danışıqlar apardıqlarını bildirdikdən sonra gəldi.
Liberman həmçinin deyib ki, danışıqlar bir il ərzində daha gizli xarakter daşımayacaq və açıq şəkildə həyata keçiriləcək.
Kara Mustafa vurğulayaraq bildirib ki, Körfəz Əməkdaşlıq Şurası üzvləri İran ilə münasibətdə öz siyasətlərini dəyişdirməlidirlər.
O deyib: “Anlamaq vacibdir ki, İran ilə müsbət əlaqə daha çox xeyir verəcək və mən fikirləşirəm ki, bu münasibət Yaxın Şərq və bütün Müsəlman Dünyasında stabilliyin və təhlükəsizliyin yaranmasına səbəb olacaq.”
O qeyd edərək bildirib ki, Ərəb və müsəlman ölkələrinin yoldaş müsəlman dövləti olan İran ilə sıx əlaqə qurması və nəticə etibarı ilə İsrail rejimi ilə əlaqələri kəsməsi bütün müsəlman dünyasında və Yaxın Şərqdə uzun müddətli sülhün və stabilliyin əldə olunamsına xeyli təkan verəcək.
Source : İslamtimes
Comment