0
Sunday 14 September 2014 - 14:50

Kerri İŞİD-ə qarşı Misirin dəstəyini aldı

Story Code : 409668
Kerri İŞİD-ə qarşı Misirin dəstəyini aldı
Axar.az xəbər verir ki, Kerri Misirin terrorun sonlandırılmasında əhəmiyyətli rol oynayacağını deyib.
Misir prezidenti Əbdülfəttah Əs-Sisi və Ərəb Birliyinin Baş katibi Nəbil Əl-Ərəbi ilə görüş keçirən Kerri həmkarı Samih Şükri ilə ortaq mətbuat konfransı keçirib.
Kerri Misir rəhbərliyinin Sina yarımadasında terrorla mübarizədə ön sıralarda iştirak etdiyini qeyd edib:
"Misir İŞİD tərəfindən dəstəklənən fikirlərə qarşı çıxaraq terroru sonlandırmada əhəmiyyətli rol oynaya bilər".
Misir tərəfi isə ABŞ-ı İŞİD-ə qarşı mübarizədə dəstəklədiyini vurğulayıb. 
Comment