0
Thursday 18 July 2013 - 23:46

Məqsəd fətva deyil, şiələrə qarşı fitnəni davam etməkdir

Story Code : 284568
Məqsəd fətva deyil, şiələrə qarşı fitnəni davam etməkdir
Məqsəd fətva deyil, şiələrə qarşı fitnəni davam etməkdir
Islam times.org/az/ - Yəqin xatırlayırsınızsa bir neçə əvvəlki yazılarımızda qeyd etmişdik ki, Ramazan ayının gəlişi, orucluğun girməsi ilə İlham Əliyev hakimiyyətinin məxsusi Ramazan fitnələri olacaq, bu fitnələrdən bəhs edən yazılarımız da oldu.

Əliyev rejimi bu dəfə daha orjinal bir fitnə ilə cəmiyyətin qarşısına çıxıb, bir neçə gündür hakimiyyətin sifarişi və göstərişi ilə Azərbaycan mətbuatında iranlı ruhani xadimi, ayətullah Əsədullah Bayat Zəncaninin oruc tutan adamlarla bağlı bir fikri, tamamilə başqa cür tirajlanmaqdadır.

Guya ki, Zəncani fətva verərək bildirib ki, əgər insan susuzluğa dözə bilmirsə susuzluğunu yatırana qədər su içib orucunu davam edərsə orucu pozulmaz. Sözsüz ki, bu xəbər böyük rezonans yaratdı, bütün mətbuat orqanları bu xəbəri beş də üstünə qoymaqla verdi və sosial şəbəkələrdə müzakirələr başladı.

Biz də öz nəzərlərimizdə bu xəbərin yayılmasına, müzakirələrə və ən əsası cəmiyyətin bu xəbərə münasibətini müşahidə etməyə başladıq. Bu xəbərin yayıld
ğı mətbuat orqanlarında diqqət etdikdə gördük ki, şərh yazan oxucular arasında sələfilər xüsusi fəallıqla və say çoxluğu ilə seçilir.

Şərh yazan sələfilər isə diqqəti Zəncaninin şiə olduğuna çəkib, bütün şiələri haqqında yolverilməz sözlər yazırlar, mətbuatda və sosial şəbəkələrdə fikirləri nəzərdən keçirdikdə eyni mənzərə ilə rastlaşdıq, deməli belə çıxır ki, bu xəbərin mətbuatda yayılması şiələrə hücüm etmək üçün sələfilərin əlində tutarlı bir bəhanə oldu.

Bu bəhanəni də əliyev rejiminin mətbuat orqanları verdi. Bizə daxil olan məlumata görə isə ağaye Zəncani böyük ruhani, ancaq əsasən siyasi məsələlərlə məşğul olan alimdir, belə bir fikiri isə müstəsna hallar üçün səsləndirib, yəni oruc tutanın həyatı təhlükədə olarsa və bu bir içim sudan aslıdırsa onda bir içim su içə bilər. Ancaq əsas məsələ budur ki, ağaye Zəncani şəri hökümlər, şəri fətvalar verməklə vəzifəli deyil, şəri fətvalar vermək üçün vəzifəli olan müctehidlərin heç birisi su ilə bağlı belə bir fətva verməyib.

Odur ki, Zəncaninin sözlərini şəri məsələlər üzrə müctehidin fətvası kimi təqdim etmək cəmiyyəti çaşdırmaqdır.
Source : Islamtimes
Comment