0
Wednesday 16 April 2014 - 09:31

Con Makkeyn: “Rusiyaya qarşı tətbiq olunan sanksiyalar kifayət deyil”

Story Code : 373352
Con Makkeyn: “Rusiyaya qarşı tətbiq olunan sanksiyalar kifayət deyil”
APA-nın “UNN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Respublikaçılar Partiyasının nümayəndəsi Latviyanın paytaxtı Riqada keçirdiyi mətbuat konfransında bildirib.   
“İndiyədək tətbiq olunan sanksiyalar Putini ancaq təhrik edə bilər. Onun həyata keçirdiyi işğala cavab olaraq bir neçə şəxsə və bir banka qarşı sanksiyalar  tətbiq etmək, sözsüz ki, gülüncdür”, deyə Makkeyn qeyd edib.
O, ABŞ və Avropa Birliyi tərəfindən birlikdə Moskvaya qarşı əlavə sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayıb. 
Comment