0
Wednesday 16 July 2014 - 22:19

İslam Rəhbəri: İsrail müsəlmanların səssizliyindən Qəzzaya qarşı istifadə edir

Story Code : 399859
İslam Rəhbəri: İsrail müsəlmanların səssizliyindən Qəzzaya qarşı istifadə edir
İslam Rəhbəri: İsrail müsəlmanların səssizliyindən Qəzzaya qarşı istifadə edir
Bazar ertəsi günü Tehranda prezident Həsən Ruhani və kabinet üzvləri ilə görüşdə çıxış edən Ayətullah Xamenei deyib ki, Qəzzada baş verənlər həqiqətən də çox dəhşətlidir.

İslam Rəhbəri əlavə edərək deyib ki, İsrailin Qəzzada həyata keçirdiyi qırğın gərək İslam dövlətlərini və xalqlarını ayılda və onların müxtəliflikləri qırağa qoyaraq vəhdət yaratmasına səbəb ola.

Ayətullah Xamenei həmçinin İran prezidenti və hökumətin Qəzzada baş verən hadisələrə, məxsusən də qadın və uşaqlar da daxil olmaqla fələstinlilərin qətlə yetirilməsinə görə nümayiş etdirdiyi mövqeni alqışlayıb.

Şənbə günü prezident Ruhani İran xarici işlər naziri Muhəmməd Cavad Zərifə tapşırıq verərək Qoşulmayanlar Hərəkatının bütün potensialından istifadə edərək İsrailin Qəzzaya qarşı təcavüzünün qarşısını almağa səsləyib.
Source : Islamtimes
Comment