0
Wednesday 5 March 2014 - 08:14

“Sovetski”yə təklif dəyişmədi

Story Code : 358098
“Sovetski”yə təklif dəyişmədi
“Sovetski”yə təklif dəyişmədi
Bakının “Sovetski” adlanan yaşayış məntəqəsində evlərin sökülməsi problemi hələ də həllini tapmayıb, ötən həftələrdə sovetski camaatı eiraz aksiyası keçirdikdən sonra hakimiyyət nümayəndələrinin etirazçılar arasında görüşü oldu, mübahisələr oldu, tərəflər razılığa gəlmədi, hakimiyyət öz təklifinin qüvvədə qaldığını qeyd etdi, xalq isə hər kvadrat metrə görə hakimiyyətin təklif etdiyi 1500 manat yox, 4000-5000 manat tələb edir.

Birinci görüşdə hakimiyyət nümayəndələri sakinlərdən möhlət istəmişdi martın 3-də qədər vaxt verən sovetski sakinləri tələblərinin yerinə yetirilməycəyi təqdirdə aksiya keçirəcəklərini bəyan etmişdi.

Martın 3-də ötən dəfə olduğu kimi sakinlərlə görüşə gələn baş nazirin müavini Abid Şərifov və bir sıra rəsmi şəxslərin sakinlərlə görüşü yenə də nəticəsiz qaldı, rejimin nümayəndələri ev sahiblərinə 1500 manatdan artıq pul verməyəckələrini bəyan etdikdə sakinlər yenidən etiraz aksiyasına cəhd etdi, lakin əraziyə cəlb olunmuş polis qüvvələri aksiyanın keçirilməsinin qarşısını aldı.

İlham Əliyev rejimi bir daha öz amansız diktatorluğunu nümayiş etdirdi, baxmayaraq ki, elə bu günlərdə Avropa İttifaqı İlham Əliyevi mülkiyyət hüquqlarına hörmət etməyi çağırıb. Belə düşünmək olar ki, əliyev rejimi Ukrayna hadisələrindən nəticə çıxarmır və xalqın hüquqlarını pozmaqda davam edir.
Source : Islamtimes
Comment