0
Tuesday 28 October 2014 - 07:41

İŞİD-dəki azərbaycanlılar kütləvi şəkildə məhv ediləcək

Story Code : 416822
İŞİD-dəki azərbaycanlılar kütləvi şəkildə məhv ediləcək
Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu öz Feysbuk səhifəsində çıxış edib. 
O, yaxın zamanlarda İraq və Suriyada azərbaycanlı yaraqlıların da məhv ediləcəyini deyib:
“Bir neçə gün əvvəl "İraq Şam İslam dövləti" (İŞİD) təşkilatının sıralarında döyüşən çeçenlərdən 24-nün məhv edilməsi xəbəri yayıldı. İraq ordusunun saytında yerləşdirilmiş rəsmi məlumata əsasən, həmin 24 çeçen yaraqlısı Bağdadı su ilə təhciz edən kəməri partlatmağa hazırlaşarkən Fəlluca şəhəri yaxınlığında İraq aviasiyası tərəfindən məhv edilmişdir. Rəsmi məlumatda o da qeyd olunur ki, İraq ordusunun əvvəlcədən bu barədə müvafiq kəşfiyyat məlumatı olub. Çeçenlərin və azərbaycanlıların İraqla Suriyaya döyüşmək üçün eyni kanalla cəlb edilməsini nəzərə alsaq, yaxın zamanlarda həmin ölkələrdə döyüşən azərbaycanlıların da kütləvi şəkildə məhv ediləcəyi istisna deyil”.
Comment