0
Sunday 30 March 2014 - 00:57

Türkiyə Suriyaya hücuma hazırlaşır?

Story Code : 367304
Türkiyə Suriyaya hücuma hazırlaşır?
Bu materialdan belə anlaşılır ki, Suriyaya qarşı yeni hərbi əməliyyatlara hazırlaşır. Bu fakt Ərdoğan hökuməti üçün yeni problem yaratmışdır. Hansı ki, son dövrdə Ərdoğan maliyyə rüsvayçılığı ilə yanaşı bir çox ittihamlarla üzləşib. Şəbəkələrdə yayılmış materialda Türkiyə dövlətinin rəsmilərindən biri Suriyaya hücum haqqında danışır. YouTube-də Ərdoğanın müxalifinin yaydığı videomaterialda dövlətin Suriyaya qarşı hərbi hazırlığı barədə məlumat verilir. Videofayldakı səs təhlükəsizlik naziri (MİT) Hakan Fidana məxsusdur. O deyir ki, mən Suriyaya hərbi müdaxilə üçün bəhanə olacaq addımlar ata bilərəm. Söhbətdə Hakan Fidan, Əhməd Davudoğlu, Feridun Sinirlioğlu, Yaşar Gülər iştirak edir. Söhbətdə Suriyaya müdaxilə müzakirə olunur. Hakan Fidan Davudoğluya deyir: “Əgər Suriyaya müdaxilə fikriniz varsa, mən bunun üçün bəhanə yarada bilərəm. Suriyaya 4 əməliyyatçı göndərərəm və oradan Türkiyəyə raket buraxarlar. Məsələn, Suriyada Osmanlı Süleyman şahın qəbrini dağıdıb, Türkiyə bayrağını endirərlər. Belə işlər çoxdur. Əsas məsələ qərar çıxarmaqdır. XİN müavini Feridun Sinirlioğlu deyir: “Süleyman Şahın türbəsinə hücum bizim üçün beynəlxalq müstəvidə yetərli bəhanə ola bilər. Bu işi görsək müdafiəçilərimiz də çox olar.”
Müxalif “Cümhuriyyet Halk Partisi”nin rəhbəri Kamal Kılıçdaroğlu bir neçə gün öncə Suriyada terrorçuların təhrikedici hərəkətlərindən danışmışdı. O Ərdoğanın Suriyada hərbi macəraçılığına işarə etmişdi. Baş naziri bu işdən çəkinməyə çağırmışdı.
Maraqlıdır ki, audio material yayılandan sonra Türkiyə XİN bəyanat verərək belə bir yığıncağın olmadığını iddia etmişdir. Səs faylının dövlət rəsmilərinə aid edilməsi əxlaqsızlıq kimi dəyərləndirilmişdi. Türkiyə baş naziri də audio materialla bağlı iddiaları inkar etmişdir. Məhz bu hadisədən sonra YouTube-nin bağlanması ilə bağlı qərar çıxarılmışdır. Bir az öncə Twitterə də qadağa qoyulmuşdu.
Yada salmalıyıq ki, bələdiyyə seçkiləri yaxınlaşdıqca dövlət və müxalif partiyalar arasında çəkişmələr daha da güclənirdi. Müxalifət yaranmış vəziyyəti iqtidara hücum üçün fürsət kimi görür. Müxalifət son iki, üç ildə dövlətin daxili və xarici siyasətdə uğursuzluqlarından hər vəchlə yararlanmaq istəyir. Digər tərəfdən ölkədəki böhran Ərdoğan hökumətinin ölkəni idarə edə bilməməsi ilə bağlı fikirlər yaradır. Yayılmış audiomaterial əsasında deyə bilərik ki, Türkiyə dövləti çətin bir vəziyyətə düşüb və ictiami fikiri daxili problemlərdən yayındırmaq üçün Suriyaya hərbi müdaxiləyə əl ata bilər. Türkiyə rəsmiləri məsələni belə şərh edir ki, xarici düşmən amili milli birliyə şərait yarada bilər. Dövlət eyni zamanda müxalifətin səsini kəsmək imkanı qazanır. Ankara rəsmiləri son üç ildə Suriya siyasətində böyük səhvlərə yol verib. Bu səhvlər Türkiyənin beynəlxalq nüfuzuna zərbə vurub. Suriyaya hərbi müdaxilə Ərdoğan hökumətinə öldürücü zərbə ola bilər. Belə ki, Türkiyə hökumətinin özünü qoruma cəhdləri onun məhvi ilə nəticələnər.
Comment