0
Friday 4 April 2014 - 14:17

Halala haram qatılması

Story Code : 369005
Halala haram qatılması
Halala haram qatılması
Aprelin 1 dünyada və elə Azərbaycanda da zarafat və gülüş günü kimi yadda qalıb, ancaq çətin ki, bu qədər dərdi, problemləri olan Azərbaycanda insanların gülüş və təbəssüm üçün taqəti və həvəsi olsun, olanda da yersiz və düşük zarafatlar görünür. Çünki indi Azərbaycanda insan haqlarının pozulması, sadə vətəndaşların hakimiyyətdə təsmil olunan məmurların azğın özbaşnalığının qurbanına çevrilib.

Total şəkildə Azərbaycan vətəndaşları hakimiyyətin represiya maşınının məngənəsində əzab çəkir. Bir yandan evlər kütləvi şəkildə sökülür və xalq küçələrə atılır, digər yandan da onların əlindən iş yerləri, çökləri alınır. Necə ki, bu günlərdə bir neçə min nəfər metro ticarətçiləri birdən birə iş yerlərindən məhrum oldu, hansı ki, onlar bu ticarəti qurarkən böyük əziyyətlərə qatlaşmış və külli miqdarda pul xərcləmişdilər.

Bu sadəcə olaraq misaldır, digər sahibkarlar da hakimiyyətin siyasətindən çox əziyyət çəkir və böyük itkilərə məruz qalır. Elə hallar da olur ki, əliyev rejimi dini dəyərlər üzərində də alver edir. Bu o demək deyil ki, Azərbaycan hakimiyyəti buna ehtiyac duyur, sadəcə olaraq, bu hakimiyyətdə təmsil olunan məmurlar o qədər acgözdürlər ki, hər şeydən və hər yerdən pul qazanmaq mənbəyi kimi baxırlar.

Məsələn, aprelin 1-dən etibarən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarına görə istehlak bazarlarında satılan və üzərində “halal” sözü yazılan kolbasa və sosika məhsullarını sertifikatı olmadğı təqdirdə bazarlardan yığışdıracaq.

İlk baxışdan normal bir qərara oxşayır, ancaq təcrübədən, Azərbaycandakı dövlət idarəetməsindən bilirik ki, dövlət məmurları, dövlət qurumları bütün işləri ilə yalnız bir məqsədə qulluq edirlər ki, bu da hakimiyyətdə təmsil olunan məmurların ölkəni talan etməsi və bu cür minvalla da hakimiyyətdə qalmasına. Ona görə istisna olunmur ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “halal” sertifikatları haram yolla - ruşvətlə sahibkarlara satacaq, həqiqi halal məhsul istehsal edib rüşvət verməyən və Komitənin razılığını almayanlar isə bazardan çıxacaq.
Source : Islamtimes
Comment