0
Saturday 23 February 2013 - 20:06

Vaşinqtonun sionist lobbilərin nüfuzu altında formalaşan siyasəti

Story Code : 242005
Vaşinqtonun sionist lobbilərin nüfuzu altında formalaşan siyasəti
Siyasətçilər qarşısında belə bir aktual sual dayanır ki, Ağ Evin İsraili qeyd-şərtsiz himayəsi ABŞ xalqının xeyrinədirmi? İşğalçı İsrail beynəlxalq qanunları, BMT-nin qətnamələrini açıq-aşkar pozan bir rejimdir. 
 
ABŞ konqresində sionist lobbiyə daxil olan bəzi nümayəndələrin xarici siyasətə təsiri İslam dünyasının Amerikaya qarşı nifrətini gücləndirməkdədir. BBC-nin sabiq müxbiri Alen Hart yazır ki, ABŞ konqresinin xəyanətkar nümayəndələri sionist lobbinin ssenarisini icra edir. Əsas məqsədlərdən biri ABŞ senatında xarici əlaqələr komitəsinə rəhbərliyi ələ almaqdır. Hazırda bu komitəyə Elnares Letinen, Kuba mənşəli nümayəndə rəhbərlik edir. Bu şəxs 1989-cu ildən Florida ştatının nümayəndəsi kimi Respublikaçıların maraqlarını təmsil edir. Görəsən İsrailin maraqlarına xidmət edən ABŞ konqres nümayəndələrini xəyanətdə ittiham etmək ədalətsizlikdirmi? Bu sualı cavablandırmaqdan ötrü İsraillə həmkarlığın ABŞ maraqlarına cavab verib-vermədiyini müəyyənləşdirmək lazımdır. İsrail bu günə qədər ərəb torpaqlarını işğal edib və etməkdədir, ərəblərin sərvətlərinə, su mənbələrinə sahib durur. Tel-Əviv Qərb Sahilini işğal etməklə soyqrımı aparır, fələstinlilərin müstəqillik hüququnu tanımır. Unutmamalıyıq ki, sionistlər işğal olunmuş torpaqlarda amerikalılara da hücum edib onları qətlə yetirir. “Sionizm yəhudilərin əsil düşmənidir kitabında qeyd olunur ki, İsrailin ABŞ gəmisinə hücumu onun Ağ Evə həqiqi münasibətini göstərir.
 
Fələstində gərginliyin artması, eyni zamanda Ağ Evin İsraili himayə etməsi İslam dünyasında etiraz dalğasını gücləndirir. Aydın olur ki, Ağ Evin İsraili himayə etməsi ümumilikdə Amerika xalqının xeyrinə deyil. ABŞ-ın xarici siyasətində İsraili aparıcı faktora çevirən əslində Amerika xalqına xəyanət edən bir qrupdur.
 
Demək konqresdə İsrailin maraqlarını təmsil edənləri xain adlandırmaq olar. Əlbəttə ki, bu nümayəndələr Amerikanın maraqlarını təmsil etdiklərini sübuta yetirməyə çalışırlar. 
 
Alen Hart onlara cavab olaraq yazır ki, siz ABŞ-ın mənafeləri naminə İsraili himayə etdiyinizi düşünürsünüzsə ən azı aldanmış sayılmalısınız. Amma bu sizin günahınızı azaltmır.
 
Komitənin sədri İsraili qətiyyətlə müdafiə edir və iki ölkə arasında rabitələrin genişləndirilməsini zəruri sayır. Maraqlıdır ki, işğalçı İsrailin himayə olunması ABŞ-a necə fayda verə bilər?! Komitənin sədri Letinen ABŞ-ın İsraillə terrorizmə qarşı həmkarlığından danışır. Hansı ki, terrora qarşı mübarizədə ABŞ-ın görəcəyi ilk iş İsrailin ərəb torpaqlarına təcavüzünə son qoymaqdır.
 
Müsəlmanların Amerikaya qarşı qəzəbi arxasında İsrailin qeyd-şərtsiz müdafiəsi dayanır. ABŞ İsraildəki radikallara arxa durmaqla regionda təcavüzə dəstək verir. Amma Ağ Ev öz xarici siyasətində milli mənafeləri nəzərə alsa İsraili himayə etməz və nəticədə müsəlmanların rəğbətini qazanar. Hazırda bütün dünya bu fikirdədir ki, Vaşinqton İsraili himayə etməklə Amerika xalqına zərbə vurur. Letinin sionist lobbi ilə ciddi bağlılığı olan bir şəxsdir. O həmişə Ağ Evin fələstinliləri himayəsinə mane olub. Ağ Evin İsrailin işğalçı siyasətlərini pisləməsi qarşısında dayananlardan biri də bu qadındır. O BMT-nin Fələstinə maliyyə yardımlarını dayandırmaq üçün layihələr verib. Komitəyə rəhbərliyi ilə Obamaya təsir göstərir. Fələstinlə sülh proseslərinə mane olur. Bu qadın iddia edir ki, Fələstinin BMT-də təmsil olunması və HƏMAS-la müzakirələr sülh prosesinə mane olur. Onun fəaliyyətləri səbəb olmuşdur ki, işğalçı İsrail hər hansı şərtlər müqabilində sülhə getməsin. 
 
Alen Hart yazır ki, sülhün bərqərar olması üçün fələstinlilər birləşməlidir. Obama son seçkidən sonra konqresdəki çıxışında deyib: “ABŞ xalqının iradəsi sayəsində bir çox müvəffəqiyyətlər qazanılıb. Amma Obama İsrailin himayə olunması sayəsində itkilərdən danışmayıb. O bunu istəsə də edə bilməz. Əslində Amerika xalqı işğalçı rejimin himayə olunması səbəbindən böyük itkilər verir. Bu itkilər arasında ABŞ-ın beynəlxalq nüfuzuna vurulan zərbə öndə gəlir.
 
Mart ayında Obamanın Fələstin və İsrailə səfəri gözlənilir. Bu səfərdə aydın olacaq ki, Obama işğalçı İsraili himayə edir, yoxsa ona qarşıdır.
 
Əlbəttə ki, ABŞ-da seçkilərdə İspaniya əsilli amerikalıların fəallığı artmaqdadır. Bu isə yəhudi əsilli amerikalıların seçki kampaniyasında fəaliyyətləri üçün ciddi maneə ola bilər.
Comment