0
Friday 1 June 2012 - 18:28

Sionist analitik: Dünya və tarix İrana qarşı müharibəni İsrailə bağışlamaz!

Story Code : 167441
Dünya və tarix İrana qarşı müharibəni İsrailə bağışlamaz!
Dünya və tarix İrana qarşı müharibəni İsrailə bağışlamaz!
Sionist analitik Amnun Şamun öz məqaləsində xəbərdarlıq edib ki, İsrail İrana qarşı müharibəyə başlasa bu müharibə regional, hətta 3-cü dünya müharibəsinə apara bilər. Sionist qəzeti "Yediot Ahranot"da dərc olunmuş məqalədə müəllif Amnun Şamun yazır ki, İsrailin İran haqqında informasiyaları uydurma ola bilər.

Müəllif
məqaləsində Suriyada informasiya məğlubiyyətinə işarə ilə bildirir ki, əgər Bəşar Əsədin ətrafında ələvilər, sekulyar sünnilər, məsihilər, dəruzilər, ermənilər və kürdlər birləşməsəydi bu rejim bir il əvvəl süquta uğrayardı. Hansı ki, İsrailin hərb naziri Ehud Barak əminliklə deyirdi ki, bu hadisə baş verəcək. Onun sözlərinin
arxasında Bəşar Əsədə nifrət, puç xəyallardan başqa bir şey dayanmırdı.

Məqalədə qeyd olunur ki, İsrail kəşfiyyatı Suriya ilə bağlı əldə olunmuş informasiyaların yanlış olduğunu etitaf edib. Hansı ki, rus kəşfiyyatı vəziyyəti daha dəqiq qiymətləndirdi və daha düzgün mövqe tutdu.

Şamun hərb nazirinin özünə yersiz güvəncini
təhlükəli hal kimi qiymətləndirib. Müəllif xəbərdarlıq edir ki, İrana hücum nə Qəzzə, nə Suriyaya hücumdur, bu addım olduqca təhlükəli hərbi potensiala qarşı düşünülməmiş addımdır. İran atom silahına malik olmasa da olduqca güclüdür və ehtimal olunan müharibəni dünya və tarix İsrailə bağışlamayacaq.
Dünyadakı mövcud maliyyə böhranı 200 dünya ölkəsini müharibəni başlayan tərəfə qarşı qaldıracaq.

Şamun İsrail vətəndaşlarına tövsiyə edir ki, izdihamlı aksiyalar keçirib. Müharibə əleyhinə səslərini qaldırsınlar. Çünki sionist dövlət müharibə xərclərini xalqın boğazından kəsir.
Comment