0
Monday 2 June 2014 - 23:26

Nüvə razılaşması qarşısında maneə: ABŞ siyasi sistemi

Story Code : 388644
Nüvə razılaşması qarşısında maneə: ABŞ siyasi sistemi
Qərb dövlətləri yaxşı bilir ki, İrandakı siyasi cərəyanlar 5+1 ilə İranın müzakirələrində müəyyən nöqtələrə tənqidi yanaşsalar da bu müzakirələri himayə edirlər. İrandakı siyasi cərəyanlar müzakirələrin davamını istəyir. Günün siyasəti qəzetində Siyavəş Kavyaninin dərc olunmuş məqaləsində müzakirələrə ABŞ siyasi sisteminin maneə olduğu bildirilir. İrandakı siyasi cərəyanların danışıqlara tənqidi münasibəti olsa da kimsə bu danışıqları prinsipcə rədd etmir. Qərb mətbuatında belə bir ictimai fikir yaradılır ki, İranda müəyyən qüvvələr nüvə müzakirələrinə qarşıdır. Əslində isə belə deyil. Ruhani dövləti İslam cumhuriyyətinin prinsipləri çərçivəsində, Cənab Rəhbərin göstəriş və tövsiyələri əsasında bir neçə mərhələ nüvə müzakirələrini davam etdirib. 

Müzakirələr Rəhbər Ayətullah Xameneinin razılığı ilə başlayıb və bu razılıq əsasında davam edir. Qərbin qeyri-qanuni tələbləri səhnəyə gələn zaman Cənab Rəhbər keçmişdə olduğu kimi öz etirazını bildirəcək. İslam Respublikasının Qərb və ABŞ-a münasibətdə səciyyəvi xüsusiyyəti budur. 

İran İslam Respublikasında vilayəti-fəqih deyilən rəhbərlik məqamının sözü son sözdür. Cənab Rəhbər müzakirələrlə bağlı geniş və dərin məlumata malik olduğundan problem yaranan zaman etirazını bildirəcək. Olsun ki, İrandakı siyasi cərəyanlar arasında müzakirələrlə bağlı kiçik ixtilaflar var. Amma heç bir cərəyan müzakirələrə müxalif deyil. Hər bir qrupun müzakirələrə özünə məxsus yanaşması olsa da prinsipcə müzakirələr rədd edilmir.

Üsulçular adlandırılan qrup öz iradlarını bildirməklə müzakirələri himayə edir. Onların iradları daha çox ABŞ-a ünvanlanıb. Üsulçular düşünür ki, ABŞ müzakirələrin müsbət sonluqla başa çamasını istəmir. ABŞ eyni zamanda “Hərbi seçim masa üzərindədir” məşhur deyimi ilə ikili siyasətini ortaya qoyur. Ağ Ev belə hesab edir ki, İranı müzakirələr stoluna əyləşdirən hədə-qorxu və sanksiyalar olub. Əslində isə ABŞ-ın İrana qarşı mövqeyində onun daxili problemləri və siyasi məhdudiyyətlər rol oynayır. ABŞ prezidenti Obamanın son qərar çıxarmaq ixtiyarı yoxdur. O ciddi təzyiqlərlə üzbəüzdür. Bir tərəfdən ABŞ Konqresi, digər tərəfdən yəhudi lobbisi Obamaya təzyiq göstərir. İsrail başçıları da Amerika prezidentinə güclü təzyiq mexanizmlərinə malikdirlər. Qərb və Amerika çalışmalıdır ki, yaranmış fürsətdən istifadə edilsin və müzakirələrdə ədalətli razılaşma əldə olunsun. İran heç bir halda öz qanuni hüquqlarını güzəştə getməyəcək. Belə görünür ki, ABŞ İranın müzakirələrə müsbət yanaşmasını müsbət dəyərləndirə bilmir, ya da müzakirələrə başlanılmasından peşman olub. Əgər ABŞ öz müttəfiqləri ilə birlikdə müzakirələrin müsbət sonluğunu istəyirsə nikbin və məntiqi baxıla müzakirələr mizi arxasına keçməlidir. 
Comment