0
Tuesday 15 April 2014 - 21:05

ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verə bilər

Story Code : 373244
ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verə bilər
ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın Ankaradakı səfiri Fransis Rikkardone deyib.
Onun sözlərinə görə, hazırda Türkiyədə Fətullah Gülənə qarşı cinayət işi açılmadığına görə, onun ABŞ-dan ekstradisiyası mümkün deyil.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Fətullah Gülənin Türkiyənin daxili işlərinə qarışdığına görə, ABŞ-dan ekstradisiyasını tələb edəcəyini bildirmişdi. Baş nazirin bu sözlərindən sonra Fətullah Gülən Kanadadan siyasi sığınacaq istəmişdi. ABŞ dövlət departamentinin nümayəndəsi Mari Harf isə bildirmişdi ki, Fətullah Gülənin ekstradisiyası müzakirə mövzusu ola bilməz.
Onu da bildirək ki, Türkiyədə dini icma lideri Fətullah Gülən 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayır.
Comment