0
Saturday 16 August 2014 - 13:47

Seyid Həsən Nəsrullah insanları ayıq olmaya çağırdı

Story Code : 405248
Seyid Həsən Nəsrullah insanları ayıq olmaya çağırdı
Seyid Həsən Nəsrullah insanları ayıq olmaya çağırdı
"Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İŞİD terror qruplaşması və İsrail rejimi qarşısında hamının möhkəm dayanmasını istəyib.
Seyid Həsən Nəsrullah vurğulayıb ki,"Hizbullah qüvvələrinin Suriyadakı addımları , bu ölkədə baş alıb gedən amansız qətliamların Livan ərazisinə nüfuz etməsini əngəlləmək üçün olub."

Seyid Nəsrullah müsahibəsinin bir hissəsində regionda cinayət törətməkdə harınlaşmış terrorçu İŞİD qruplaşmasının qarşısının alınmasından təkidlə bildirib:"Bu divin qarşısında dayanan hər kəsə təşəkkür etmək lazımdır. Çünki, quduzlaşmış İŞİD qruplaşması üzvlərinin günahsız insanları öldürməsinə mane olur.Bizim zənnimizcə belə bir insanları sınağa çəkmək düzgün deyil."

Livan Hizbullahının baş katibi əlavə olaraq qeyd edib ki,"Hazırda , hamı təhlükə altındadır. Hizbullah üç il bundan öncə bu təhlükə barədə ciddi bəyanatla çıxış etmişdi. Lakin indi hamı bu mövzunu mübahisə edir. Bu çox vacib bir məsələdir. Onun üzərində dayanmaq lazımdır."

Seyid Həsən Nəsrullah həmçinin bildirib ki," Terrorçu İŞİD qruplaşmasının üzvləri öz tərəfdarları olmayan hər bir kəsə rəhm etmədən qətlə yetirirlər. Bir qrupu İraqda baş alıb gedən bu vəziyyəti şiələrlə , sünnilərin törətdiyini deyir və iddia edirlər ki, bu şiə-sünni müharibəsidir.Neynəva və Səlahəddin vilayətindəki şiələrin sayı yəni o qədər çoxdur ki, onlar bir –birlərinin əleyhinə çıxırlar ?!!!"

"Hizbullah" hərəkatının baş katibi eləcədə terrorçu İŞİD qruplaşması üzvlərinin xristianlar və yezidilər kimi azlıq təşkil edən digər dini qruplara qarşı törətdiyi cinayətlərinə də toxunaraq qeyd edib ki,"On minlərlə insan terrorçu İŞİD qruplaşmasının törətdiyi cinayətlərdən kənar qalmaq üçün dağlara sığınmağa məcbur olub.Mühasirə altında olan bu insanlar aclıq və susuzluqdan həlak olub.Axı hansı məntiq buna icarə verir?Görünür , terrorçu İŞİD qruplaşmasının ixtiyarında olan imkanlar az deyil , ona görə də demək olar ki, hazırda insanları böyük bir təhlükə gözləyir və hamı bundan ötrü narahat olmalıdır".
Source : cenubnews.com
Comment