0
Saturday 19 April 2014 - 15:46

Kokteyllə kotletin Novruzxan üçün fərqi yoxdur?

Story Code : 374569
Kokteyllə kotletin Novruzxan üçün fərqi yoxdur?
Kokteyllə kotletin Novruzxan üçün fərqi yoxdur?
Aprelin 18-də Milli Məclisin növbəti plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabatla çıxış edib. Maraqlıdır ki, 75 audit yoxlaması keçirdiyini iddia edən Palata sədri qanun pozuntularından da danışıb lakin nə Korrupsiyaya qarşı mübarizə idarəsi nə də ümumiyyətlə hər hansı bir hüquq mühafizə orqanları qanun pozuntusuna yol vermiş məmuru məsuliyyətə cəlb edib. Bu da cəmiyyət üçün gözlənilməz deyil, çünki Azərbaycan vətəndaşları da yaxşı bilir ki, bu ölkədə korrupsiyaya qarşı mübarizə sadəcə olaraq imitasiya xarakteri daşıyır, ən yaxşı halda hansısa bir müəllim və ya bələdiyyə həbs oluna bilər ki, bu da okeanda bir damla su ilə müqayisə olunmalıdır. Di gəl deputatlar bu məqama nəinki diqqət çəkdi ümumiyyətlə hesabatı yekdilliklə qəbul etdilər. Yəqin bu da ondan irəli gəlir ki, deputatların əksəriyyəti yaxşı bilir ki, onlara mandat verdirən elə həmin korrupsionerlərdir. Milli Məclisin bu günkü iclasında NİDA vətəndaş hərəkatının həbsdə olan üzvləri ilə bağlı da fikirlər səsləndirilib. Məlum olduğu kimi prokuror Hərəkatının səkkiz fəalına 64 il cəza tələb edib, hakim isə buna etiraz etməyib, vəkillərin vəsadətləri isə rədd edilib. Buna etiraz edən deputat İqbal Ağazadə gənclərin bu qədər ədalətsizliklə həbs olunmasının səbəbini öyrənmək istəyərkən YAP-dan olan deputat Siyavuş Novruz bildirib ki, sual bu gəncləri meydanlara çıxaran müxalifət siyasətçilərinə ünvanlanmalıdır. Siyavuş Novruzun çıxışı zamanı Molotov Kokteylini, “Molotov Kotleti” deməsi sosial şəbəkə fəalları və jurnalistlərin diqqətindən yayınmadı.
Source : İslamtimes
Comment