0
Wednesday 23 September 2009 - 22:58
Zərdüşt Əlizadə

İSRAIL SIYASILƏRI ÇOX GÖZƏL ANLAYIRLAR KI, İRANDAN NÜVƏ TƏHLÜKƏSI GƏLMIR

Story Code : 12072
İSRAIL SIYASILƏRI ÇOX GÖZƏL ANLAYIRLAR KI, İRANDAN NÜVƏ TƏHLÜKƏSI GƏLMIR
Belə ki, məsələ ilə bağlı sionistlərlə görüşdüyünü deyən Medvedev onlardan hucum etməmək barəsində zəmanət aldığını diqqətə çatdırıb. Habelə o, bu yaxınlarda İsrail rejiminin baş naziri B. Netanyahu ilə də görüşdüyünü bildirib. Sionist nazirlə Rusiya prezidentinin görüşü zamanı İrana satılması planlaşdırılan S-300 raketləri ilə bağlı məsələ də müzakirə edilib.

Hər şeyə rəğmən, RF-nin başçısı “Si-En-En” (CNN) telekanalına verdiyi müsahibədə İranla əməkdaşlığı inkişaf etdirmək istiqamətində işlərin aparıldığını bildirib. “Nüvə proqramı ilə bağlı ictimaiyyətdə yaranan narahatlığın aradan qaldırılması üçün rəsmi Tehranın Beynəlxalq Atom Enerji Agentliyinə üzv olması şərtdir. İranla hərbi əməkdaşlığımız beynəlxalq qanunlara müvafiq istiqamətdə inkişaf edir. Biz beynəlxalq hüquqa zidd olan hər hansı bir hərbi müdafiə sistemini İrana verməmişik. Bunu verməyi belə düşünməmişik. İrana verilməsi planlaşdırılan sistemlər sadəcə müdafiə xarakterli sistemlərdir. Belə düşünürəm ki, hər hası bir müdafiə sisteminə görə regionda narahatlığa lüzum yoxdur. Mən vəzifəmizin Yaxın Şərqdə vəziyyətin normallaşması üçün mühüm tədbirlərə əl atmaq olduğunu düşünürəm”, - deyə Medvedyev bildirib, - “Timeturk”ə istinadən “AzeriMuslims” xəbər verir.

Baş verəcək istənilən hücum zamanı rəsmi Moskvanın mövqeyinə dair verilən suala Medvedyev belə cavab verib: “Hər şeydən qabaq onu qeyd etmək istəyirəm ki, belə bir vəziyyətdə Rusiya heç kimi dəstəkləməyəcək. Çünki biz sülhsevər bir ölkəyik. Digər tərəfdən, bizim bəzi ortaqlarımız var və bizim onlarla müxtəlif sahələrdə əməkdaşlığımız mövcuddur. İranla isə bu əlaqələr mövcud deyil. Buna baxmayarq, hər hansısa hücum baş verərsə Rusiya buna tamamilə laqeyd yanaşmayacaq. Əgər bu baş verərsə , regionda nə kimi hadisələrin cərayan edəcəyini düşünmək belə qəbuledilməzdir. Bu, əsl qətliamın baş verməsinə zəmin yaradacaq. Belə olacağı təqdirdə təkcə İsrail rejimi ilə deyil, başqa ölkələr arasında da müharibənin baş verməsi qaçılmaz olacaq”.

Politoloq Zərdüşt Əlizadənin fikrincə Rusiyaya və İranın silah ticarəti haqqında mətbuatda çox qeyri-ciddi məlumatlar yayılmaqdadır: “Birincisi mətbuatda xeyli yazılar gedir ki, guya Rusiya qaçaqmalçılıq yolu ilə İrana S-300 raketləri göndərir. Bu tamamilə mənasız söhbətdir. Əvvəla, Rusiya ilə İran arasında dövlətlərarası açıq ticari müqavilə var ki, Rusiya İrana bu raketləri versin. Nədən, kimdən gizlədir ki, Rusiya? İkincisi, Medvedevin müharibə ilə bağlı dediyi ağır nəticələrə gəlincə, burada o, heç bir Amerika açmayıb. Yəni bu hamıya bəllidir. Məsələn, Amerika İraqa hücum elədi. Bunun bütün dünya miqyasında çox ağır və ciddi nəticələri oldu. Dünyanı bu müharibə sarsıtdı. Amerikanın İslam dünyasında hörməti düşdü və s. İndi İraqdan çıxmaq istəyir, o da ki, bir problemdir”. Ekspert ABŞ-ın İraq işğalının ardınca Əfqanıstana müdaxiləsini xatırladaraq davamında deyir: “Sonra Əfqanıstana soxuldu. Burada da ağır problemlərlə qarşılaşdı. Artıq onun müttəfiqləri açıq elan edirlər ki, onlar qoşunlarını çıxarmaq niyyətindədir. Yəni bu macəralarda heç kəs iştirak etmək istəmir ki, ağır nəticələrə gətirib çıxarır. İndi də İsrail İrana hücum etmək istəyir. Hamı bilir ki, əgər İrana hücum olsa, İran İraqdan da, Əfqanıstandan da betər olacaq. Medvedev deyəndə ki, - “İsrailin İrana hücum edərsə, nəticəsində bölgədə ciddi nəticələr meydana gələcək”, - bəli, bu çox ağıllı sözdür. Bəli, Allahın Gürcüstanına hücum elədi, bu cür ağır nəticələr yaşandı. Çoxlu itkilər verildi. Gələcəkdəki münasibətlər də ciddi şəkildə zədələndi. Əlbəttə ki, İsrail siyasətçiləri İrana hücum etmək haqında 100 dəfə ölçüb-biçməlidirlər. Onlar çox gözəl anlayırlar ki, İrandan nüvə təhlükəsi gəlmir. Heç bir nüvə təhlükəsi yoxdur”.
Source : "Dəyərlər" AİN
Comment