0
Tuesday 25 September 2012 - 23:27

ABŞ 11 atom bombasının itməsini etiraf edir

Story Code : 198321
ABŞ 11 atom bombasının itməsini etiraf edir
Analitik mərkəz olan "Z Communications" nüvə silahlarının müxtəlif təhlükələrini sadalayaraq beynəlxalq təhlükəsizliklə bağlı xəbərdarlıq edir: Bu sahədə insanın yol verəcəyi səhvlər olduqca çoxdur. Belə ki, Amerika bugünədək 11 atom bombasının yoxa çıxdığını etiraf edir.

“Ya biz qalmalıyıq, ya da nüvə silahı” başlığı altında məqalə ilə çıxış edən "Z Communications" mövzunu nəzərdən keçirir. Müəllif Devid Sevansondur. O yazır ki, sabiq ABŞ prezidenti Karterin Milli Təhlükəsizlik üzrə müşaviri səhvən oyun CD-sinin əməliyyat kompyüterinə yerləşdirilməsindən dolayı prezidenti belə məlumatlandırdı: Sovetlər Birliyinin 220 nüvə başlıqlı raketi Amerikaya yönəlib.

Eyni səhvi 3 il sonra sabiq Sovetlər Birliyinin ikinci hərbi siması təkrarladı. 1984-cü ildə bir kompüter yanlışlığına görə böyük təhlükə yaşandı. Təcili tədbirlər sayəsində dünyanı məhv edəcək partlayışın qarşısı alındı. 1995-ci ildə sabiq Sovetlər Birliyi ABŞ-ın nüvə hücumuna cavab vermək astanasında idi. Hansı ki, ABŞ-ın raketi nüvə başlıqlı yox, tədqiqat təyinatlı idi. Pentaqonun hesabatlarından birində bu günədək nüvə sahəsində 563 səhvə yol verildiyi bildirilir. Əsas təhlükələrdən biri fars körfəzindəki atom sualtı qayıqlarıdır. Başqa gözlənilməz hadisələr də baş verə bilər. Fars körfəzindəki atom sualtı qayıqların başqa gəmilərlə toqquşması ehtimalı böyükdür. Hazırda bu ərazidə bir Fransa, iki ABŞ və beş rus atom sualtı qayığı var. Bu gəmilər korroziyaya uğrayır, onların daşıdığı uran və pluton açıq mühitə sızır. 2003-cü ildə USS Hardfurd Storm sualtı qayığı şimali Sardiniyada kiçik bir ada ilə toqquşdu. Həmin ərazi hazırda güclü radioaktivliyə malikdir.

1961-ci ildə ABŞ-ın B52 təyyarəsi şimali Karolinada iki nüvə silahı yükü ilə partladı. Bombaların partlamamasını təmin edəcək qurğu işə düşmədi. Bombalardan biri 10 metr yerin dərinliyinə getdi və səmanı gündüz kimi işıqlandırdı. Ordu komandanlığı bombanı çıxarmağın çətinliyini nəzərə alıb, onu düşdüyü yerdə dəfn etmək qərarını aldı. Partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə komandan Cek Birol deyir: “Bu bombanın partlama ehtimalı böyük idi. Heroşimadakı bombadan 250 dəfə güclü olan bu bomba partlasaydı Şimali Karolinada böyük bir körfəz yaranardı.

1956-cı ildə iki nüvə kapsulunu Floridaya aparan B47 təyyarəsi hələ də tapılmayıb. 1958-ci ildə B47 təyyarəsi Corciya sahillərində F68 ilə toqquşdu. Təyyarədə olan nüvə başlığı suyun dərinliyinə getdi, bu gün də aşkarlanmayıb. 1996-cı il yanvar ayının 17-də dörd hidrogen bombası aparan B52 təyyarəsi İspaniya səmasında yanacaqdolduran təyyarə ilə toqquşdu. İki bomba partladı və İspaniya səmasına yayıldı. Amerika İspaniyadakı radioaktiv tullantıdan 1400 tonunu cənubi Karolinaya gətirdi. Orada nüvə stansiyası vardı.

USS Tikondruqa təyyarə daşıyanı Vyetnamdan Yaponiyaya doğru nüvə silahı ilə təchiz olunmuş təyyarə aparırdı. Təyyarə nüvə yükü və təyyarəçi ilə birlikdə okeana düşdü, hələ də ondan xəbər yoxdur. ABŞ-ın zəiflədilmiş uran silahını 29 ölkəyə satması da ciddi faktdır.

1968-ci ildə ABŞ-ın digər bir B52 təyyarəsi 4 nüvə başlığı yükü ilə Qrenlandiyada qəzaya uğradı. 3 bomba partladı, 4-cü yoxa çıxdı. Beləcə bugünə qədər ABŞ 11 nüvə bombası itirib. Sonradan tapılan bombalar bu siyahıya daxil deyil.

2007-ci ilin avqust ayında ABŞ təyyarələrindən biri 6 nüvə bombasını Luizianada yerə endirib kimsəyə təhvil vermədən ərazini tərk etmişdi.

Hazırda pilotsuz təyyarələr nüvə bombası ilə silahlandırılır. Bu gün bir çox ölkələr nüvə silahına sahibdir. Bu ölkələr bilməlidir ki, kiçik bir səhv üzündən bütün dünyanı böyük bir təhlükə ilə üzbəüz qoya bilərlər. Pakistan Hərbi Hava Qüvvələrinin komandan müavini Bihar əl-Həqq Pakistanda nüvə silahlarının məsuliyyətini daşıyır. Onun oğlu Feysəl Şəhzad pilotsuz təyyarələrin hücumlarına cavab olaraq nüvə silahına əl atmaq istəmişdi. Əgər o bu işi başa çatdırsaydı Nyu Yorkun taleyi necə olacaqdı?! Marşal adalarında nüvə sınaqlarının nəticəsi bu oldu ki, dünyaya balığa bənzər uşaqlar gəldi. Heroşima və Naqasakidəki partlayışlar saysız qurbanlar apardı. 1964-cü ildə və iki il sonra ABŞ Missisipidə nüvə partlayışları keçirdi. Bu hadisə xərçəng xəstəliyinin artması ilə nəticələndi. Zəiflədilmiş uran silahından istifadə minlərlə insanın ölümünə, şikəst doğulmasına səbəb olmuşdur. Ağ Ev bu gün də həmin silahları satmağa davam edir.

Nüvə tullantıları 250 min il öz təsirini saxlayır. Dünyanın nüvə silahından qurtulması üçün 3 maneə aradan qalxmalıdır. Müəllif yazır ki, dövlət bizi təmsil etmir və onun atdığı addımlar milli mənafelərə ziddir. İkinci maneə budur ki, nüvə silahı təhlükəsizliyin təminatçısıdır. Hansı ki, bu silahlar terroristlərin əlinə düşsə misilsiz faciələr baş verər. Üçüncü maneə nüvə enerjisinin yüksək dəyərləndirilməsidir. Hansı ki, bu enerjidən yalnız xüsusi məqsədlər üçün istifadə etmək olur və onun tullantıları min illər dağıdıcı təsirini saxlayır. Heç bir sığorta şirkəti bu zərəri üzərinə götürmür. Nüvə enerjisi adı altında Hindistan, Pakistan, İsrail, Şimali Koreya nüvə silahına sahib olub. Qərb dövlətləri radioaktiv tullantıları Somali sahillərində dəfn edir. Piratların gəmilərə hücumlarında bu amil də təsirsiz deyil. Somali piratları bizim demokratiyaya nifrət edir.

Müəllif yazır ki, ya nüvə silahı məhv olmalıdır, ya da bəşəriyyət. Nüvə faciəsi Yaponiyada davam edir. Yüzminlərlə insan nüvə partlayışlarının əzabını çəkir. Yaponiyada nüvə mərkəzində baş verən partlayış göstərdi ki, bütün təhlükəsizlik tədbirləri nisbi xarakter daşıyır. Rusiyada Çernobl hadisəsi də bunu deyir. ABŞ-ın nüvə stansiyalarından biri ötən il Virciniyada zəlzələ nəticəsində zədələnib. Bütün bu hadisələr göstərir ki, yer kürəsində ya nüvə silahı qalmalıdır, ya da insan.
Comment