0
Monday 25 August 2014 - 16:33

Ayətullah Sistanidən çağırış

Story Code : 406617
Ayətullah Sistanidən çağırış
Press TV-nin xəbərinə görə, Ayətullah Sistaninin nümayəndəsi İraqın müqəddəs Kərbəla şəhərində oxuduğu xütbədə, IŞİD terror təşkilatının muhasirəsində olan Əmirli şəhərindəki 18 min iraqlının üzləşdiyi çətin vəziyyətdən Ayətullah Sistaninin narahatçılıq keçirdiyini qeyd edib.
 
Bağdadın 180 kilometr şimalında şiə türkmənlərin yaşadığı kiçik Əmirli şəhəri, iki aya yaxın bir müddətdir ki, IŞİD terror təşkilatının mühasirəsi altındadır.
 
Digər tərəfdən, İŞİD terror təşkilatının son bir neçə gündə İraqın şimalında yüzlərlə yezidi kürdü öldürdüyü də qeyd olunub.
 
Ayətullah Sistani həmçinin, İraq məclisi üzvlərindən İraqın baş naziri postuna namizəd Heydər əl-İbadiyə yeni hökumətin təşkil olunmasına kömək etmələrini xahiş edib. /Deyerler/
Comment