0
Friday 29 August 2014 - 12:41

Obama Rusiyadan danışdı

Story Code : 407210
Obama Rusiyadan danışdı
ANS PRESS-in məlumatına görə, bu barədə mətbuat konfransında amerika prezidenti Barak Obama bildirib. “Biz artıq Rusiyaya zərbə olan sanksiyalara əl atmışıq: Burada investisiya mühiti pisləşib, iqtisadiyyatda eniş görsənir... Rusiya artıq “Soyuq Müharibə” dövründən də artıq kənarlaşdırılıb”- deyə ağ ev başçısı bildirib. Obama qeyd edib ki, amerika kəşfiyyatının məlumatına görə Moskva görülən tədbirlərin pis nəticələrini boynuna alır.
 
Bundan əlavə ABŞ prezidenti yeni sanksiyaların tətbiq olunmasına hazırdır. Onun sözlərinə görə, bu məsələlər onun gələn həftə Estoniyaya səfəri zamanı avropalı həmkarlar və NATO sammitində müzakirə ediləcək.
 
Qeyd edək ki, Barak Obama bundan öncə etdiyi telemüraciətdə bildirmişdi ki, ABŞ Ukrayna böhranının hərbi həllini planlaşdırmır və RF-yə qarşı hərbi müqavimət axtarmır “.
Comment