0
Monday 1 September 2014 - 14:28

AB Rusiyaya görə parçalanır

Story Code : 407715
AB Rusiyaya görə parçalanır
Axar.az xəbər verir ki, Macarıstan, Kipr Respublikası və Slovakiya əlavə sanksiyalara qarşı olduqlarını açıqlayıb.
Rusiyanın AB nümayəndəsi Vladimir Çijov adları sadalanan ölkələrin sanksiyalara qarşı olduğunu, yeni sanksiyaların da əvvəl olduğu kimi heç bir nəticə verməyəcəyini bildirib:
“Qərar qəbul olundu. Ancaq AB ölkələri arasında birlik yoxdur. İlk sanksiyalarda da belə idi. Macarıstan, Kipr Respublikası və Slovakiya əlavə sanksiyalara qarşı olduqlarını açıqlayıb. Avropa bu qərarla heç nəyə nail ola bilməyəcək”.
Xatırladaq ki, AB liderləri bazar günü təşkil olunan toplantıda bir həftə ərzində əlavə sanksiyaların hazırlanması qərarını verib.
Sentyabrın 4-5-də Uelsdə keçiriləcək NATO zirvəsindən sonra AB-nin əlavə sanksiyalar barədə qərar verəcəyi bildirilib.
AB-nin yeni sanksiyalarının maliyyə yatırımları, neft və təbii qaz texnologiyaları və hərbi-texniki sahədə əməkdaşlığı əhatə edəcəyi gözlənilir.
Comment