0
Saturday 21 January 2012 - 15:23

Əl İraqiyyə siyahısının daha bir üzvü tutuldu

Story Code : 132044
Əl İraqiyyə siyahısının daha bir üzvü tutuldu
Əl İraqiyyə siyahısının daha bir üzvü tutuldu
Adı Əl İraqiyyə siyahısında olan Bağdad vilayət şurasının müavini Riyaz Əl İzaz terrorçuları maddi cəhətdən təmin etməsi ilə ittihamlandırıldı. Belə olduğu halda bu siyasi cərəyana bir daha ittiham möhürünün vurulmasına səbəb oldu.

İyad Əl Əlavinin başçılığı ilə Əl İraqiyyə cərəyanı terrorçuları maddi cəhətdən təmin edən korrupsiyaçı bir qrup olduğunu hamı bilir. İraq rəsmiləri Tariq Əl Haşiminin cinayət işi ilə əlaqədar onun etiraflarına əsasən yeni faktların yayımlanacağını elan edib. Bu isə ona vurulmuş ittihamlar üçün bir təsdiq möhürüdür. Tariq Əl Haşimi Əl İrqqiyyə cərəyanının həbs olunmuş ilk müttəhimidir. Onun mühafizəkarları Tariq Əl Haşimi terrorçu qruplarla əlaqədə idi və 2011-ci ilin axırlarında İraq parlamenti qarşısında Nuri Əl Malikinin canına sui-qəsd planında rolu olduğunu etiraf ediblər. Tariq Əl Haşimi bir aydır ki İraq Kürdüstanı məntəqəsinə qaçıb və bu məntəqə rəsmilərindən həbs hökmünün ləğv edilməsi üçün yardım istəmişdi.

Hal-hazırda Bağdad rəsmisi ilə birlikdə Əl İraqiyyə üzvlərinin həbsi siyahıda İraq milli hakimiyyəti və təhlükəsizliyi ilə uyğun olmayan faktlar aşkarlanıb. Şübhəsiz indi Əl İraqiyyə siyahısı İraqda qazandığı bütün avtoritetini itirib. Hər gün bu qrup əleyhinə yayılan informasiyalar çoxalır və ifşa olunur. Bu isə yəqin ki, siyahıda adı olanlar üçün baha başa gələcək. Bu cərəyan da Ərəbistan kimi ABŞ və Qərbin bəzi qərəzli ölkələri tərəfindən maddi-mənəvi dəstək alır. Bütün bunlardan əlavə, Əl İraqiyyə ABŞ hərbçilərinin İraqdan çıxması ilə eyni zamanda açıq-aşkar Maliki ilə müxalifətini elan edib. Bununla da Əlavinin və Əl İraqiyyə cərəyanı İraq parlament seçkilərinin nəticəsi əsasında hakimiyyətə gəlmiş hakimiyyətə zərbə vurmaq istəyirlər.

Burada gözə çarpan mövzulardan biri də İraq Kürdüstanının yerli rəsmiləri də Tariq Əl Haşimiyə pənah verməklə Əl İraqiyyənin ən mürəkkəb cinayət işi sayılan məhkəmə işinin daha da ciddiləşməsinə səbəb olublar. Amma baş nazir Nuri Əl Maliki və İraqın bir çox siyasi qrupları ölkə daxilində olan bütün siyasi partiyaların iştirakı ilə böhranlı vəziyyətdən çıxış yolları haqda konfrans təşkili barədə düşünürlər. Amma pərdə arxasında olan bəzi qüvvələr İraqda siyasi böhranın şiddətlənməsinə çalışır və öz mənafelərinə uyğun vəziyyətdən sui-istifadə edirlər. Amma bununla belə Bağdad rəsmisinin müavininin həbsindən sonra görülən tədbirlər Malikinin xalqın mənafeyinə laqeyd qalmayacağı və terror aktlarında rolu olan amillərin cəzalandırılacağına ciddi cəhdlər göstərib bir addım belə geri çəkilməyəcəyini sübut edir.

müəllif : M.Elektrik
Source : IRIB
Comment