0
Monday 4 August 2014 - 01:22

Uşaq qətliamı ta qədimdən İsrail rejiminin siyasəti olub

Story Code : 402846
Uşaq qətliamı ta qədimdən İsrail rejiminin siyasəti olub
Uşaq qətliamı ta qədimdən İsrail rejiminin siyasəti olub
Muhəmməd Cavad Zərif bazar günü deyib: “Sionist rejimi mənfurcasına uşaq qətliamını davam etdirir və bu həqiqətdə onun qədim milli siyasətidir.”

İranlı nazir beynəlxalq ictimaiyyəti mühasirə şəraitində olan Qəzza Zolağında törədilən cinayətlərə göz yumduğu üçün tənqid etmiş və İsrail təcavüzü müqabilində bütün müsəlman ümmətini bir olmağa dəvət etmişdir.

Zərif deyib ki, İsrailin zorakılığı və dünya ictiamiyyətinin də buna göz yumması müqabilində İslam dünyası aralarında olan fərqliliyi bir qırağa qoymalı və düşmənə qarşı birləşməlidir.

İranın baş diplomatı həmçinin deyib ki, İslam dünyası halhazırda İslam dini adı altında vəhşilik və zorakılıq yayan anti İslami hərəkat ilə üz-üzədir.

Anti-İslami hərəkatlar İraq, Suriya, Pakistan, Əfqanıstan, Niqeriya və digər İslam dövlətlərində zorakılıqlar həyata keçirirlər və müsəlmanlar arasında ixtilaf toxumu səpirlər.
Source : Islamtimes
Comment