0
Wednesday 15 October 2014 - 14:09

Obama Avropa liderləri ilə Ukraynanı, İŞİD-i və Ebolanı müzakirə edəcək

Story Code : 414744
Obama Avropa liderləri ilə Ukraynanı, İŞİD-i və Ebolanı müzakirə edəcək
Ağ Evin mətbuat xidmətinin yaydığı xəbərə görə, ABŞ prezidenti Avropa liderləri ilə Ukrayna böhranını, İŞİD məsələsini və Ebola virusu ilə mübarizə tədbirlərini müzakirə edəcək.
Danışıqlar zamanı Obamanın həmkarlarına Rusiyaya Minskə əldə edilən atəşkəs rejiminə əməl etməsi üçün basqı göstərilməsi üzrə təklifləri də müzakirə ediləcək. Ağ Ev hesab edir ki, beynəlxalq hüquq normalarını tapdayaraq Ukraynaya qoşun yeridən, Krımı işğal edən, Ukraynadan yeni ərazilər qoparmaq iddiasında olan Rusiya hərəkətlərinin məsuliyyətini anlamalıdır. 
Ağ Ev bildirir ki, prezident Obama Ukraynaya əlavə yardım ayrılması haqqında göstəriş verib. Rəsmi Vaşinqton “əlavə yardım” dedikdə nəyin nəzərdə tutulduğunu açıqlamayıb. Böyük ehtimalla söhbət həm maddi, həm də texniki dəstəkdən gedir. Vurğulayaq ki, bir neçə gün öncə ABŞ-ın xüsusi ekspert qrupu böhran bölgəsində qışa hazırlıq məsələlərinə dəstək üçün Ukraynaya göndərilib.
ABŞ-ı ciddi narahat eləyən məsələlərdən biri də Ebola virusunun sürətlə yayılmasıdır. Vaşinqton hesab edir ki, bu məsələ xüsusi nəzarətə götürülməli, öldürücü virusun yayılmasının qarşısını almaqla yanaşı, aparıcı elmi tibb müəssisələrində virusla mübarizə preparatlarının hazırlanması sürətləndirilməlidir.
Ağ Evin gündəmindəki ciddi məsələlərdən biri də İŞİD-dir. Oktyabrın 14-də Barak Obama bu məsələni Fransa prezidenti Fransua Olandla müzakirə edib. Yada salaq ki, Fransa İŞİD qüvvələrinə hava zərbələri endirilməsi üçün yaradılan koalisiyada təmsil olunur.
Comment