0
Tuesday 2 September 2014 - 09:10

Ədən körfəzində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb

Story Code : 407841
Ədən körfəzində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti bildirib.
Məlumata görə, qəza zamanı helikopterin göyərtəsində 25 nəfər olub. Bir neçə hərbçi yüngül xəsarət alıb, ölən yoxdur.
Qeyd olunur ki, helikopter “Mesa Verde” desant gəmisinə eniş edərkən qəzaya uğrayıb.
Comment