0
Saturday 12 July 2014 - 09:28

Rusiya və Avropa Birliyi qaz məsələlərini müzakirə edəcək

Story Code : 398932
Rusiya və Avropa Birliyi qaz məsələlərini müzakirə edəcək
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, iyulun 17-si və yaxud 18-də Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ettinqer Moskvaya səfər edəcək. Dəqiq tarix hələ müəyyən olunmayıb.
Novak qeyd edib ki, görüşdə digər məsələlərlə yanaşı “Cənub axını” layihəsi də müzakirə mövzusu olacaq.
Comment