0
Friday 9 March 2012 - 16:29

Kövrələn prezident

Story Code : 144203
Kövrələn prezident
Kövrələn prezident
Islam times.org/az/ - Rusiyada gözlənilən prezident seçkiləri martın 4-də baş tutdu və qalib Putin oldu. Rusiyada son iki seçki bir çox maraqlı məqamları ilə yadda qaldı. Parlament seçkiləri ilə bağlı mövzulara yazılarımda toxunmuşdum. Prezident seçkilərində də izahına ehtiyac olan bəzi məsələlər var.

Əvvəla seçki kampaniyası barədə. Prezident seçkisi kampaniyası etiraz hərarəti düşməyən parlament seçkilərinin dalğasında başladı. Hakim partiyanın namizədi Vladimir Putin, parlamentdə yer alan 3 müxalifət partiyalarının hərənin bir namizədi – Qennadi Züqanov, Vladimir Jirinovski və Serqey Mironov qeydə alındı. Bunlardan başqa Rusiyada demək olar ki, heç kimin tanımadığı, Forbes jurnalının reytinqlərində adı milyarder kimi düşmüş, oliqarx Mixail Proxorov da namizə kimi qeydə alındı.

Ölkə prezident seçkilərinə 5 namizədlə getdi. Bundan başqa qeyri rəsmi amma paytaxt Moskvada güclü dəstəyi olan qeyri rəsmi müxalifət liderləri – Nemtsov, Navalnı, Kasyanov seçkilərə qatıla bilmədi. Hərçənd bir çox analitiklər hesb edirdi ki, Navalnı seçkilərə qatılsaydı Putin bu seçkilərdə çox ciddi rəqiblə qarşılaşacaqdı. 3 müxalif və bir bitərəf namizədin birinci narazılığı o idi ki, bütün ənənəvi federal televiziya kanalları sutkanın 24 saatı Putinin təbliğat kampaniyasını aparır, digər namizədlərə isə Putinlə birlikdə reqlament çərçivəsində efir vaxtı ayırır.

Cavabında bu kanalların prodüserləri bildirirdi ki, onlar Putinin namizəd kimi təbliği məşğul olmurlar sadəcə Baş nazir Putinin fəaliyyətini işıqlandırırlar. Tanış səhnədir deyilmi ? hələ daha çox tanış hallar qabaqdadır. Amma burda müxalif namizədlərinin köməyinə internet resursları gəlid. Həqiqətən internet böyük və misilsiz vasitədir. Müxalif namizədlər internet televiziyalarda, radiolarda və saytlarda var gücü açıq tənqidi bütün çıxışlarını etdi, təbliğat kampaniyalarını apardı.

Keçirilən monitorinqlərə görə Rusiya Avropalılarla müqayisədə daha çox internet istifadəçisinə malikdir. Başqa bir narazılıq ondan ibarət oldu ki, keçirilən bütün debatlar zamanı namizədlər bir dəfə də olsun Putinin özü ilə deyil təmsilçisi ilə qarşılaşdılar. Putin isə iritirajlı yerli qəzetlərdə çap etdirdyi 7 geniş məqalələri ilə öz seçkiqabağı tezislərini ictimaiyyətə təqdim etdi.

Putinin imzası ilə çap edilən bu məqalələr ciddi fikirlərlə zəng idi. Putinin rəqibləri seçkiqabağı kampaniyanın qeyri bərabər aparılmasından narazı qalsalar da keçirdikləri kütləvi etiraz aksiyalarında heç bir maneə ilə rastlaşmadılar, Jirinovski və Zyüqanov reqlamentlə verilən federal telekanallarda kifayət qədər kəskin tənqidləri ilə yadda qaldılar.

Seçkiqabağı kampaniyanın gurultulu keçməsi bir çox ekspertlərdə belə fikir oyadırdı ki, Putin məğlub da ola bilər. Əslində isə KQB polkovniki dünya ictimaiyyətinə belə mesaj vermək istəyirdi ki, “baxın müxalifət tam sərbət nə istəyirsə onu da deyir və edir. İndi xalq özü kimi istərsə onu da səs verəcək”. Nəhayət martın 4-ü gəldi və MSK tərəfindən Xalqın seçkidə işitrakı 70 faizi aşdığı bildrilirdi. İnsident, qanun pozuntusu, karusel əməliyyatı olan məntəqələr də oldu, amma MSK-ın rəsmi bəyanatına görə Vladimir Putin 63,7 % səs çoxluğu ilə qalib gəldi.

İkinci yeri Züqanov 17,15 faiz səslə, üçncü yeri isə 7,6 faizlə Proxorov tutdu. Yəni Proxorov Jirinovskini və Mironovu geridə qoydu. Züqanov seçki saxtkarlığını əsas gətirərək Putinin legitimliyini tanımadığını bəyan etdi və yeni prezidenti təbrik etməkdən imtina etdi.

Digər üç namizəd isə əksinə, Putini təbrik etdi. Martın 4-də gecə Manejnoy meydanında Putinin 100 min tərəfdarları qələbə konsertinə yığışdı, səhnədə əfsanəvi rok qrup “ЛЮБЭ” öz mahnıları ilə çıxış edən zaman tərəfdarları ilə görüşə hazırkı prezident Dimitri Medvedyev və qalib namizəd Vladimir Putin gəldi. Səhnədə qalxan tandem xalq qarşısında çıxış etid. Putin çıxışı zamanı əməlli başlı kövrəldi və sevincdən göz yaşlarını belə saxlaya bilmədi (www.youtube.com/watch).

Nəyəsə görə sonradan bəzi mediumlat Putinin ağlamadığını deyərək, sadəcə küləkdən gözünün yaşırdığını bəyan etdilər. Hansı ki, Putinin kövrəldiyini açıq aşıkar görmək olurdu. Elə həmin gecə “Sol cəbhə”nin lideri və Züqanovun səlahiyyətli nümayəndəsi Sergey Udalsov, Mironovun sədri olduğu “Ədalətli Rusiya” partiysından deputat seçilən İlya Ponomaryev və sistemdən kənar müxalifəin funksionerləri martın 5-də saat 19:00-da Puşkin meydanında etiraz aksiyası təşkilinə qərar verdilər. Bu qərardan sonra Moskva OMON və Polis dəstələrinin əməkdaşları ilə doldu. Martın 5-də Saat 19:00 da mitinq başladı (www.youtube.com/watch) saat 21:00 bitməli idi amma Udalsov bəyan etdi ki, bizim mövqeyimizlə razı olanlar, hakimiyyətin saxtakarlığına etiraz edənlər burda qalacaq və heç yerə getməyəcək. Elə bu bəyanatdan sonra OMON və polis işə, yəni həbslərə başladı (www.youtube.com/watch) və yüzə qədər narazı həbs edilid.

Diqqəti cəlb edən maraqlı məqamlardan biri budur ki, son 20 ildə Rusiya tarixində oliqarxın prezidentliyə namizəd kimi çıxış etməsi ilk dəfə idi. Rusiya üçün bu ona görə adi hadisə sayılmır ki, gecə gündüz KİV Rusiyada ABŞ-dan fərqli olaraq xalqın varlı adamları, xüsisilə oliqarxları sevimədiyini bəyan edir.

Bu azmış kimi oliqarx namizəd Mixail Proxorov 20 ildir siyasətdə olan və 6-cı dəfədir prezidentliyə namizəd olan Vladimir Jirinovskidən çox səs toplayır. Deməli oliqarxlar haqqında Rusiya cəmiyyətində olan stereotiplər məhv edildi. Deməli Rusiyada da ABŞ-dakı kimi artıq zəngin adamlar hörmətə, izzətə layiq ola bilər. Bu seçki həm də Proxorovun timsalında Rusiya oliqarxiyasının sözün əsl mənasında qələbəsi idi. Digər bir məqam ondan ibartədir ki, ötən ilin noyabrından bu yana Rusiyada bir vətəndaş cəmiyyətinin formalaşması prosesinə start verildi, vətəndaş narazılığının sivil formada ifadəsi təşəkkül tapdı. Yəni Rus Baharı yetişmək üzrədir. Artıq Putin daxili siyasətdə əvvəlki kimi idarəetməni kənara qoyub ictimai rəylə daha çox hesablaşcaq. Yerigəlmişkən elə Quba hadisələri də martın 1-də baş verdi. Deməli mən deyəndə ki, Azərbaycan daha çox “rus küləyi”ndən təsirlənir yanılmamışam. Amma hələ bu bahar Rusiyanın özündə tam yetişməyib bizə də hələ gəlib çıxmayıb.

Islam times - Julian Assange
wikileaks.az@mail.ru
Source : islamtimes
Comment